Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Makron Ukraynanı bu səbəbdən sonadək müdafiə etməyə çalışır ŞƏRH

Makron Ukraynanı bu səbəbdən sonadək müdafiə etməyə çalışır ŞƏRH

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Fransa müəyyən geosiyasi məqsədlərə sahibdir və bu məqsədlərə çatmağa çalışır. Çünki Fransa bu gün dünyada nüfuzu zəifləyən, təsir dairəsi daralan ölkələrdən birinə çevrilir. Xüsusilə Afrikada sürətlə mövqelərini, təsir altında saxladığı ölkələri və əraziləri itirir. Fransa Aralıq dənizində, xüsusilə onun şərq hissəsində, eləcə də Cənubi Qafqazda möhkəmlənmək istəsə də, burda da arzuladığı nəticələri əldə edə bilmir. Bunun fonunda Fransa iqtisadiyyatı da son illərin ən ağır dövrlərindən birini yaşayır. İqtisadi proseslər ardıcıl şəkildə geriləyir, dövlət borcu ümumi daxili məhsulun 30 faizini keçib, kredit reytinqi isə artıq bəzi hallarda İtaliya və hətta Yunanıstandan belə aşağı səviyyəyə düşüb. Üstəlik, Fransa hər il təkcə borcun faizlərinə təxminən 55 milyard dollar ödəməli olur. Yəni ölkə kifayət qədər çətin bir iqtisadi durumda qərarlaşıb".

Bu fikirləri Redaktor.az-a siyasi şərhçi Turab Rzayev Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında keçirilən görüşdən danışarkən bildirdi.

"Çətin şəraitdə Fransanın Ukrayna müharibəsinə geniş maliyyə ayırmaq gücü məhdud olsa da, Paris hesab edir ki, müharibədə fəal iştirak və böyük töhfə gələcəkdə müəyyən dividendlər qazandıra bilər. Xüsusilə Rusiyanın zəifləməsi halında həm reparasiya əldə etmək, həm də Ukraynanın mədən, enerji və iqtisadi potensialının bir hissəsinə nəzarət imkanı Fransa üçün cəlbedici görünür. Hətta iddialara görə, Fransa və Böyük Britaniya arasında bu istiqamətdə ilkin anlaşmalar belə olub, daha sonra Rumıniya və Polşaya müəyyən payların verilməsi nəzərdə tutulub. Makron da bunu gizlətmir. O, dəfələrlə bildirib ki, Ukraynaya ayrılan yardımların əvəzinin Rusiyanın dondurulmuş aktivləri hesabına ödənilməsi mümkündür və bu məqsədlə Belçikaya təzyiq göstərilməsi diqqətdən yayınmayıb. Lakin mövcud vəziyyət göstərir ki, nə Rusiya, nə Belçika bu yanaşma ilə razıdır. Hətta ABŞ belə Fransaya açıq şəkildə bildirib ki, Rusiyanın dondurulmuş aktivlərindən istifadə yalnız ABŞ və Rusiyanın razılığı çərçivəsində mümkün ola bilər və Avropanın, xüsusilə Fransanın bu prosesdən pay alması nəzərdə tutulmur. Üstəlik, Avropanın özü Ukraynaya əlavə olaraq 100 milyard avro yardım ayırmalıdır. Yəni reallıqda Fransanın gözlədiyi paydan söhbət belə getmir və Fransa yenidən kənarda qalır. Məhz buna görə Makron Ukraynanı sonadək müdafiə etməyə çalışır. Çalışır ki, Ukrayna müqavimətini davam etdirsin və Rusiya ilə ABŞ arasında ortaq sülh planı formalaşmasın. Çünki belə bir plan qəbul olunacağı halda Fransa prosesdən tamamilə kənarda qala bilər. Hazırkı razılaşma konturları isə göstərir ki, nə Fransanın, nə də ümumilikdə Avropanın maraqları bu masada nəzərə alınır", - deyə politoloq yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Dekabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri