Icma.az
close
up
RU
Makron uzaqgörən siyasətçi deyil RƏY

Makron uzaqgörən siyasətçi deyil RƏY

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Zəngilan şəhərinə səfəri çərçivəsində sakinlərlə görüşüb. Dövlət başçısı görüş zamanı ölkədə aparılan quruculuq işlərindən, bölgədə yaranmış yeni reallıqlardan və beynəlxalq proseslərdən danışıb, həmçinin bir sıra mühüm siyasi mesajlar səsləndirib.

Prezident çıxışında bəzi xarici liderlərin Ermənistanla bağlı mövqelərinə də toxunaraq bildirib ki, bu gün özlərini “qəhrəman” kimi təqdim etməyə çalışan şəxslər 2020-ci il Vətən müharibəsi dövründə də hakimiyyətdə olsalar da, Ermənistana real dəstək göstərə bilməyiblər.

“Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə də hakimiyyətdə idilər. Əgər imkanları var idisə, gəlib Ermənistana sahib çıxsaydılar. Boşboğazlıqdan başqa heç nə etmirlər. Elə buna görə də öz ölkələrində onların dəstək səviyyəsi 10-15 faiz civarındadır. İndi isə guya Ermənistanı bizim əlimizdən onlar xilas ediblər”, – deyə dövlət başçısı vurğulayıb.

Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Prezidentin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı səsləndirdiyi fikirlər bütün dünyaya açıq mesaj idi:

“Uzun illər regionda hökm sürən qarşıdurma və münaqişənin sona çatması, Azərbaycanın suverenliyinin tam təmin olunması və bölgədə sülhün bərqərar olması məhz Prezidentin qətiyyəti və siyasi iradəsi nəticəsində mümkün olub.

Cənab Prezidentin cəsarəti, prinsipiallığı və qətiyyətli mövqeyi olmasaydı, nə bölgədə sülh təmin edilərdi, nə də uzun illər davam edən gərginlik aradan qalxardı. Bu gün bəzi dövlətlərin rəhbərləri və xarici nümayəndələr əldə olunan uğurları, regionda formalaşmaqda olan daimi sülh mühitini öz adlarına çıxmağa çalışırlar. Sanki hansısa xüsusi vasitəçilik ediblər və ya proseslərin əsas təşəbbüskarı olublar. Halbuki bu, reallığı əks etdirmir. Prezident bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirdi ki, regionda yaranmış yeni reallıqlarda heç bir xarici liderin və ya vasitəçinin həlledici rolu olmayıb. Əgər Azərbaycan Prezidentinin siyasi iradəsi və qəti mövqeyi olmasaydı, nə Vaşinqtonda sülh sammiti keçirilərdi, nə Ermənistanla münasibətlərin normallaşması prosesi başlayardı, nə də sülh sazişinin paraflanması mümkün olardı”.

Deputat vurğulayıb ki,  bu baxımdan həm region dövlətləri, həm də Ermənistan Azərbaycan rəhbərliyinə minnətdar olmalıdır:

“Çünki uzun illər davam edən qarşıdurmanın sona çatması və bölgədə sabitliyin formalaşması məhz Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar nəticəsində mümkün olub. Müsbət haldır ki, artıq Ermənistanın Baş naziri də parlament seçkiləri ilə bağlı seçkiqabağı təşviqat zamanı bu məsələləri açıq şəkildə qabardır”.

Kamran Bayramov Fransa Prezidenti Emmanuel Makron barədə də danışaraq bildirib ki, onun səsləndirdiyi bəyanatlar daha çox daxili auditoriyaya hesablanıb:

“Makronun açıqlamaları əsasən Fransadakı daxili siyasi vəziyyətlə bağlıdır. Çünki hazırda onun reytinqi ölkə daxilində olduqca aşağıdır. Fransa tarixində prezidentlərin bu qədər zəif ictimai dəstəklə üzləşdiyi dövrlər çox az olub. Makron bu cür bəyanatlarla özünə siyasi xal qazanmağa və reytinqini müəyyən qədər artırmağa çalışır. Lakin düşünürəm ki, bu, asan məsələ deyil.

Fransanın həm Cənubi Qafqaz ölkələri, həm də bir sıra müttəfiqləri ilə münasibətlərində yaşanan problemlər Emmanuel Makronun uğurlu və uzaqgörən siyasətçi olmadığını göstərir”

Siyasi şərhçi Natiq Miri isə söyləyib ki, Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyi platformasını öz təşəbbüsü kimi təqdim etməyə çalışır və bu formatda keçirilən sammitlərin, xüsusilə Ermənistanda təşkil olunan görüşün siyasi dividendlərini öz adına yazmağa cəhd göstərir:

“Avropa Birliyinə üzv olan və olmayan dövlətlərin, eləcə də Türkiyə və Kanada kimi ölkələrin liderlərinin Ermənistanda iştirakı Makron tərəfindən şəxsi siyasi uğur kimi təqdim olunurdu. Makron Ermənistanda özünü sanki bu ölkənin qəhrəmanı kimi aparırdı. Küçədəki davranışları və sərbəst jestləri ilə Ermənistan cəmiyyətinə mesaj verirdi ki, burada olan Avropa liderləri məhz onun sayəsində Ermənistandadır. Avropa Siyasi Birliyi daha geniş coğrafiyanı əhatə edən platformadır və Makron bu çərçivədə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində də əsas fiqur kimi görünməyə çalışıb. Fransa prezidenti Ermənistan-Türkiyə sərhəd qapılarından birinin açılması prosesini öz siyasi uğuru kimi tarixə yazdırmaq istəyirdi. Lakin Azərbaycan və Türkiyə rəhbərliyinin mövqeyi bu planın reallaşmasına imkan vermədi".

Natiq Miri bildirib ki, Fransanın bölgədəki fəaliyyəti obyektiv qiymətləndirilməlidir:

 “44 günlük Vətən müharibəsi dövründə Ermənistanı beynəlxalq təşkilatlar səviyyəsində açıq şəkildə müdafiə edən əsas dövlət məhz Fransa idi. Paris dəfələrlə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qərarların qəbuluna çalışaraq müharibənin dayandırılmasına cəhd göstərirdi. Ancaq buna nail ola bilmədi. Makronun Azərbaycana və Türkiyəyə qarşı sərt ritorikası praktik addımlarla müşayiət olunmur. Bu gün Fransa rəhbərliyi gah Ermənistanın yanında olduğunu, gah da Türkiyəyə qarşı çıxacağını bəyan edir. Amma real proseslərdə Fransanı münaqişə ocaqlarında görmürük. Hazırkı şəraitdə Fransanın Türkiyəyə qarşı dura biləcək nə siyasi cəsarəti, nə də real imkanları var”.

Politoloqun sözlərinə görə, əgər Fransanın belə imkanları olsaydı, 44 günlük müharibə dövründə bunu praktik şəkildə nümayiş etdirərdi.

"Əgər Makronun belə cəsarəti və imkanı var idisə, müharibə zamanı Ermənistana niyə birbaşa hərbi dəstək vermədi? Hazırda Avropa ölkələri, o cümlədən Fransa Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı yetərincə təsirli mövqe ortaya qoya bilmirlər. Rusiya Avropa məkanında müxtəlif təsir imkanlarını davam etdirir. Belə bir şəraitdə sadəcə görüntü yaratmaq kifayət deyil. Real çəkindirici gücə çevrilmək lazımdır. Təəssüf ki, bu gün Avropada belə lider görünmür. Azərbaycan Prezidentinin Fransa ilə bağlı açıqlamaları reallığı əks etdirir və Makronun bir sıra beynəlxalq layihələrdə uğursuzluğa düçar olması Fransanın siyasi nüfuzuna mənfi təsir göstərib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri