Icma.az
close
up
RU
Makron və Borelin Azərbaycana qarşı qərəzli kampaniyalar aparmaqla COP29u pozmaq cəhdləri iflasa uğradı DEPUTAT

Makron və Borelin Azərbaycana qarşı qərəzli kampaniyalar aparmaqla COP29u pozmaq cəhdləri iflasa uğradı DEPUTAT

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Makron və Borelin Azərbaycana qarşı qərəzli kampaniyalar aparmaqla COP29-u pozmaq cəhdləri iflasa uğradı" - DEPUTAT

"COP beynəlxalq tədbirdir. Bu tədbiri Azərbaycan deyil, BMT təsis edib. Həm də COP tədbirlərinə ev sahibliyi beynəlxalq ictimaiyyətin razılığı ilə verilir. Bu baxımdan COP29-a ev sahibliyinə səs verən Qərbin bir neçə ölkəsnin Azərbaycana qarşı qərəzli anti-Azərbaycan kampaniyasının aparması riyakarlığın son həddidir".

Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, bu gün dünyanı iqlim dəyişikliklərinin yaratdığı problemləri düşündürür:

"Amma dünyada iqlim dəyikliklərinin sürətlənməsinə ən çox yol açan Fransanın başçılıq etdiyi bir komanda isə bu fəsadları aradan qaldırılması üçün dünya ictimaiyyəti ilə həmrəy olmaq əvəzinə Azərbaycanı hədəfə gətirmək bəhanəsi ilə boyunlarını özlərinin çirkin əməllərindən əl çəkməmək üçün dünya ictimaiyyətinin diqqətini yayındırmağa çalışır. Amma Azərbaycan COP29 platformasında Fransanın və Niderlandın biabırçı fəaliyyətlərini ifşa edir. Prezident İlham Əliyevin COP29 çərçivəsində kiçik ada dövlətlərinin Samitində etdiyi çıxışda Fransanın neokolonizm siyasətini ifşa edərək Avropa İttifaqına üzv dövlətin Afrika və ada dövlətlərində yürütdüyü müstəmləkə siyasətindən əl çəkməyə bir daha çağırış etdi. Yəni Fransa üçün iqlimə zərər vurmaq və insan haqlarını tapdalamaq adi hal olaraq davam etməkdədir. Belə ki, 1966-1996-cı illərdə Fransanın fransız Poleneziyasında apardığı 196 nüvə sınağı nəticəsində radiasiya səviyyəsi 4900%-dən çox artmışdır. Əlcəzairdə keçirmiş 17 nüvə sınağı ilə ümumiyyətlə planetin ekosistemini faciəli bir vəziyyətlə üzləşdirmişdir. Yeni Kaledoniyada kanakların təkcə bu il keçirdikləri legitim etiraz aksiyalarına qarşı divan tutan Makron hökuməti 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamış, 1700 insanı isə həbsə atmışdır. Martinka və Qvadelupada isə 38 nəfər həbs olundu. Öz hüquqlarını tələb edən bu günahsız insanlara qarşı Fransanın tətbiq etdiyi cinayət hərəkətləri Avropa Komissiyasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin gözü qarşısında baş verir. Avropanın heç bir təsisatı Fransaya gözündə tükün var demir".

Deputat vurğulayıb ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel isə X sosial şəbəkəsində Avropa İttifaqını bağ, dünyanın qalan hissəsini cəngəllik kimi təsvir edir:

"Yəni Borrel hesab edir ki, Avropadan kənar ölkələr cəngəlikdir və bu əraziləri vəhşi qanunlarla idarə etmək lazımdır. Təbii ki, XXI əsrdə Fransanın vəhşi qanunlarına davam etməsi və bu hərəkətlərinə haqq qazandırması Borellərin də onların cinayətlərinə şərik olması deməkdir. Həm də Borrelin bu təsviri Fransanın cinayətlərinə haqq qazandırmaqla yanaşı COP29 keçirərək qlobal problemlərin aradan qaldırılmasına təşəbbüslərlə çıxış edən Azərbaycana qarşı riyakar siyasətin davam etdirilməsidir. Makronlar, Borellərin Azərbaycana qarşı qərəzli və riyakar kampaniyalar aparmaqla onların canfəşanlıqla apardıqları COP29-u pozmaq cəhdləri iflasa uğradı. Çünki, dünya bir qütblü deyil. Beynəlxalq ictimaiyyətin hər bir üzvü dünya siyasətinin bərabər iştirakçılarıdırlar. Makron və Borellərin xain niyyətləri isə ürəklərində qalır. Belə ki, Azərbaycan COP29-a ev sahibliyini uğurla davam etdirməkdədir. COP29-da artıq 80-dan çox dövlət və hökumət başçısı iştirak etmiş, 70 mindən çox insan isə qeydiyyatdan keçmişdir. Hər gün Bakıda böyük izdihamla yüksək səviyyədə COP29 tədbirləri davam etdirilir. Bakı qonaqları yüksək səviyyədə qəbul edir. Təbii ki, bu beynəlxalq tədbirə gələn hər bir şəxs məmnun qalır. Bakıda qlobal gündəliyi narahat edən mühüm məsələlər müzakirə olunur və qərarlar qəbul olunur. Amma bizi istəməyənlər isə uzaqdan müşahidə edirlər, ölkəmizin uğurlarını həzm edə bilmir və mənəvi cəhətdən əzab çəkirlər. Xainlər isə heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan sözün əsil mənasında müstəqil ölkədir və dünya ictimaiyyəti də böyük maraqla ölkəmizin yanındadır".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 15 Noyabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri