Makron və Netanyahu arasında Fələstin gərginliyi: “Qəzzada sülh yoxdur”
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Fransa Prezidenti Emmanuel Makron Qəzza zolağında vəziyyətin ağır olaraq qaldığını bildirərək humanitar yardımın bölgəyə çatdırılmadığını deyib.
Turkustan.az xəbər verir ki, Makron BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Fələstin məsələsinə toxunub.
O bildirib ki, bəzi ölkələr Qəzzada sülhün əldə edildiyini düşünür. Lakin Makronun sözlərinə görə, humanitar yardımın bölgəyə çatdırılmasına imkan verilməməsi vəziyyətin hələ də ciddi olduğunu göstərir.
“Bir il əvvəl bu salonda çoxsaylı dövlətlər Fələstin Dövlətini tanıdı. Başa düşürəm ki, bəziləri bu qərara şübhə ilə yanaşır. Siz bunu kağız üzərində tanıdınız, amma reallığa baxın. Əgər tədbir görməsək, etibarlılığımız nəyə lazımdır? Qəzza ilə bağlı bəziləri sülhün əldə edildiyinə inanır, amma humanitar yardım təyinat yerinə çatmır. Vəziyyət utancvericidir, hamımız üçün utancvericidir”, – Makron bildirib.
Fransa Prezidenti həmçinin Fələstinlilərin suverenliyi və Qərb Şəriyəsində yaşamaq hüququ ilə bağlı narahatlığını ifadə edib.
Makronun açıqlamaları İsrail Baş naziri Binyamin Netanyahu tərəfindən tənqid olunub. Netanyahu onun sözlərini “hədsiz cəfəngiyat” adlandırıb. ABŞ Dövlət Departamenti də Makronun fikirlərinə münasibət bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 23 Sentyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















