Makron yenə Hindistana gedir
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransa Prezidenti Emmanuel Makron fevralın 17-19-da Hindistana səfər edəcək və orada Baş nazir Narendra Modi ilə görüşəcək.
Hurriyyet.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Hindistan XİN-in bəyanatına istinadən məlumat yayıb.
Modi və Makron Hind-Sakit okean regionunda əməkdaşlıq da daxil olmaqla, qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə edəcəklər.
Fransa Prezidenti həmçinin Dehlidə keçiriləcək "AI Impact Summit"də iştirak edəcək.
"Makron Hindistan və Fransa İnnovasiya İlinin açılışını etmək üçün Hindistanın maliyyə paytaxtı Mumbaya səfər edəcək", - məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:Makron Hindistana üç günlük səfər edəcək
10 Fevral 2026 18:34
Putin Hindistana gedir
27 Mart 2025 11:32
Baxış sayı:99
Bu xəbər 10 Fevral 2026 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















