Icma.az
close
up
RU
Makron Zelenski və Trampla danışdıqdan sonra Ukraynada atəşkəslə bağlı açıqlama verib

Makron Zelenski və Trampla danışdıqdan sonra Ukraynada atəşkəslə bağlı açıqlama verib

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Avropa İttifaqı liderləri ilə fövqəladə sammitdən sonra Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Donald Trampla danışıqlar aparıb və bunun ardınca Ukraynada atəşkəslə bağlı mühüm xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, danışıqlar barədə Fransa lideri "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Makron vurğulayıb ki, Ukraynada güclü və davamlı sülh yalnız Rusiyanın təcavüzünə son qoyulduqda və ukraynalılar üçün “güclü və etibarlı” təhlükəsizlik təminatları verildikdə mümkündür.

Əks halda, bu atəşkəsin Minsk razılaşmaları kimi başa çatması riski var”, - deyib.

Makron qeyd edib ki, təhlükəsizlik zəmanətlərini təmin etmək üçün avropalılar, amerikalılar və ukraynalıların birgə işi lazımdır, “bu, əsas məqamdır”. O, həmçinin əlavə edib ki, avropalılar öz təhlükəsizliklərinə və müdafiələrinə daha çox sərmayə qoymalıdırlar.

“Bunun üçün avropalılar suverenlik, təhlükəsizlik və rəqabət qabiliyyətini təmin etmək üçün öz proqramlarının icrasını sürətləndirmək istəyirlər. Həm Ukraynaya dəstək, həm də müdafiəmizin inkişafı və sərmayə qoyuluşu ilə bağlı Avropa Komissiyasının təklifləri əsasında iş davam etdiriləcək”, - deyə o qeyd edib.

Məlum olduğu kimi, Avropa liderlərinin Paris görüşündə Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın baş naziri Key Starmer, Polşanın baş naziri Donald Tusk, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte iştirak ediblər.

Görüşdən sonra NATO-nun baş katibi Mark Rutte bildirib ki, Avropa ölkələri təkcə öz təhlükəsizliyini gücləndirməyə deyil, həm də Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsinə rəhbərlik etməyə hazırdır. Eyni zamanda, Qərb mətbuatının yazdığına görə, sammit zamanı liderlər Ukraynaya sülhməramlı qoşunların göndərilməsi məsələsində razılığa gələ bilməyiblər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Fevral 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri