AFP: Zelenski Makron və Trampla görüşə bilər
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna lideri Volodimir Zelenski ABŞ-ın yeni seçilən prezidenti Trampla görüşə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “AFP” xəbər agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Zelenski şənbə günü Notr-Dam kilsəsinin açılışında iştirak etmək üçün Parisə gələ bilər. Açılış mərasimində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın da iştirak edəcəyi gözlənilir.
“AFP”nin mənbələrinə görə, Zelenskini Parisdə gözləyirlər və o, Fransa prezidenti Emmanuel Makron, eləcə də Donald Trampla görüşlər keçirə bilər.
Ukrayna hökumətindəki adını açıqlamayan mənbə belə bir səfərin həqiqətən də baş tutacağını açıqlayıb. Ancaq rəsmi mənbələr Zelenskinin Parisə planlaşdırılan səfəri ilə bağlı məlumatları təsdiqləməyiblər.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 07 Dekabr 2024 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















