Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Biznes kreditlərində rekord artım

Makrona zəng, sərhəddə atəş səsləri Erməni baş nazir nədən narahatdır?

Makrona zəng, sərhəddə atəş səsləri Erməni baş nazir nədən narahatdır?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Azərbaycan və Ermənistan arasında uzun sürən danışıqlardan sonra sülh sazişi mətninin bütün maddələri üzrə razılıq əldə olundu. Təbii ki, bu məsələdə Bakının israrlı mövqeyi və tələbləri fonunda razılaşdırılan maddələr bölgədə davamlı sülh və sabitliyin təminini hədəfləyir. Lakin bu, iki ölkə arasında bütün problemlərin həlli və sülhə mövcud təhdidlərin tam aradan qaldırılması anlamına da gəlmir. İndi İrəvanın atacağı daha mühüm addımlar var: ölkəmizə qarşı ərazi iddialarının təsbit edildiyi konstitusiyanın dəyişdirilməsi və artıq mövcudluğu heç bir əhəmiyyət kəsb etməyən Minsk qrupunun buraxılmasını təmin etmək. Bu iki məqam Ermənistan rəhbərliyi, xüsusilə də baş nazir Nikol Paşinyandan siyasi iradə və qətiyyət tələb edir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Telefon marafonu

Təəssüf ki, erməni baş nazir əldə edilən bu razılaşmanın məntiqi sonluqla yekunlaşması əvəzinə, yenidən köhnə ampluasına qayıdıb. Paşinyan bir neçə gün ərzində telefona sarılaraq ardıcıl şəkildə Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Məsud Pezeşkian və Fransa Prezidenti Emmanuel Makrona zəng edib. Sözdə bu danışıqlarda sülh sazişi ilə bağlı yekun qərarın müzakirə edildiyi bildirilir. Lakin siyahıya nəzər salmaq kifayətdir ki, Paşinyanın hər üç ölkədən başqa istəklərinin olduğunu iddia edək. Ən azından, Moskva, Tehran və Parisin iki ölkə arasında sülhün əldə olunması ilə bağlı yaşanan prosesə müdaxilələrini xatırlatmaq kifayətdir. Hansı ki, hər belə müdaxilə sülh prosesini aylarla dalana sürükləyirdi.

Belə görünür ki, indi də Paşinyanın məqsədi köhnə havadarlarından yardım alaraq, prosesi öz xeyrinə dəyişmək cəhdidir. Nikol özlüyündə Bakını "fakt" qarşısında qoymaqla Rusiya və İranın timsalında regional, Fransanın timsalında isə Avropanın dəstəyini arxasına almaqla sülh yolunda başlıca maneə sayılan konstitusiya dəyişikliyi məsələsini arxa plana keçirmək istəyir.

Paşinyanın unutduğu məqamlar

Amma Paşinyanın unutduğu bir neçə məqam var ki, xatırlatmaq yerinə düşər. Bu gün zəng edib dəstək axtardığı heç bir dövlət İrəvanın arxasında dayanmaq və ya bu prosesə yetərincə zaman ayırmaq imkanında və istəyində deyil. Hər birinin gündəmini kifayət qədər məşğul edən ciddi problemlərin olduğunu nəzərə alsaq, Paşinyanın dönüb-dolaşıb üz tutacağı ünvan yenə də Bakı olacaq.

İkincisi, İrəvan bir neçə dəfə sülh danışıqları prosesini fərqli platformalara çıxartmaqla hansısa üstünlük əldə etməyə cəhd göstərsə də, bütün bunlar tam iflasla nəticələndi. Moskva, Brüssel və Vaşinqton formatları bunun əyani sübutudur. Yeri gəlmişkən, bu formatların iki əsas oyunçusu məhz erməni baş nazirin indi əlaqə saxladığı dövlətlərdir.

Üçüncüsü, bu zamana qədər sülh danışıqlarında əldə olunmuş bütün nailiyyətlər, həmçinin yekun sülh sazişinin mətni də Bakının irəli sürdüyü və İrəvanın razılaşmaqdan başqa çarəsinin qalmadığı ikili danışıqlar formatının nəticəsidir.

Makrona zəng, sərhəddə atəş səsləri

O zaman sual olunur: Paşinyanın ardıcıl zənglərinin və Bakının əsas iki tələbinin yerinə yetirilməsində tərəddüdünün səbəbi nədir? Erməni baş nazir nədən narahatdır? Bu, bir tərəfdən, erməni baş nazirin iqtidarına qarşı ölkə daxilində artan narazılıqlarla bağlıdırsa, əsas məqam yenə də dəyişməz olaraq qalır: erməni xisləti. Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, İrəvana olan etimad sıfıra bərabərdir. Bu bəyanat səbəbsiz də deyil. Sülh mətninin razılaşdırılmasından üç gün keçməmiş şərti sərhəddə bir gündə üç dəfə mövqelərimiz atəşə tutulur. Qarşı tərəfdə hərbi postlarda yenidən hərəkətlilik qeydə alınır. Vurğulamaq yerinə düşər ki, son razılaşdırılan maddələrdən biri sərhəddə üçüncü dövlətlərin nümayəndələrinin olmaması ilə bağlıdır. Göründüyü kimi, Paşinyanın Makrona və digərlərinə zəngindən sonra sərhədimizə göndərilən Avropa casuslarından ibarət müşahidə missiyası üçün yenidən fəaliyyət dairəsi formalaşdırılır. Belə bir məqamda əldə olunan razılaşmanın mürəkkəbi qurumamış erməni xisləti yenidən özünün əsl simasını göstərir.

"Sülhməramlı missioner" obrazı

Bu səbəbdən, Paşinyanın "sülhməramlı missioner" obrazı real faktlar qarşısında bir daha uğursuzluğa məhkumdur. Son günlərdə yaşananlar bir daha Bakının konstitusiya dəyişikliyi və ərazi iddialarına birbaşa son qoyulması ilə bağlı tələblərinin nə dərəcədə əsaslı olduğunu göstərir. Yarımçıq sülh ona başlıca əngəl yaradan və 30 illik münaqişəyə rəvac verən əsas səbəb ortadan qaldırılmadan adi kağız parçasından başqa bir şey deyil. Orada erməni baş nazirin imzası olsa belə. Çünki sülh şəxslər yox, dövlətlər arasında imzalanır. Bu gün erməni baş nazir Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və heç bir iddiasının olmadığını bəyan etsə də, ölkəsinin əsas qanunu bunun əksini diktə edir. Məhz bu səbəbdəndir ki, sülh sazişinin imzalanması üçün öncə ona davamlı və dönməz mahiyyət verəcək şərait formalaşmalıdır. Bu şəraitin yaradılması isə Bakıdan yox, İrəvandan asılıdır. Bölgə üçün bu cür həssas bir məqamda telefon diplomatiyasındansa real addımlar atmaq Paşinyanı (əgər həqiqətən istəyirsə - red.) yekun sülhə daha çox yaxınlaşdıracaq. Bunun yolu isə Bakı ilə ikitərəfli danışıqlar formatı çərçivəsində, heç bir kənar müdaxilə olmadan dialoqu davam etdirməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Mart 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see408

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see358

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see271

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see268

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see266

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see256

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see251

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see235

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see230

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see225

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see209

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see200

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see200

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see196

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see191

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see191

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see186

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see171

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri