Icma.az
close
up
RU
Makronizmin son gülləsi...

Makronizmin son gülləsi...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Yelisey Sarayı yeni inqilab dalğası ilə üz-üzə

Görünür, inqilablar Yelisey Sarayının alın yazısıdır. Tarix yenidən təkrarlanır. Zamanında Fransanın həyatını, siyasi quruluşunu dəyişən inqilab dalğası yenidən Parisə və ölkənin əyalətlərinə qayıdıb. Bu günlərdə küçələr, meydanlar etirazçılarla aşıb-daşır. Prezident Makronun başı dərddədir - onun istefası tələb olunur. Çaşqınlıq, tərəddüd içində olan dövlət başçısı vəziyyətdən necə çıxmaq, hakimiyyətini necə qorumaq barədə qərar verməkdə aciz görünür. Makronu çarəsiz duruma salan həm də odur ki, inqilab “epidemiyası” Parisin nəzarətində olan müstəmləkə ölkələrinə də yayılıb, dənizaşırı ərazilər də çalxalanır.

Yarıtmaz siyasətin kədərli sonluğu

Əlbəttə, keçmişdə və indi baş verən inqilablar arasında müəyyən forma fərqləri var. Mahiyyət isə eynidir - yenə də küçələrə axışan insanlar hakimiyyətə, məmurlara qəzəblidirlər. Onlar belə idarəçilikdən beziblər, sosial vəziyyətlərinin getdikcə ağırlaşmasından narazıdırlar, layiq olduqları yaxşı həyat arzulayırlar. Ölkə boyunca əhalinin səbr kasasını daşdıran Makronun apardığı siyasətdir. Fransa siyasətində “dərin dövlət” ssenarisi ilə zühur edən Makron hakimiyyətinin erası 2018-ci ildən başlayıb. Elə o dövrdən də gənc prezidentin diletantlığı, daxili və xarici siyasətdə yol verdiyi kobud səhvlər Fransanı yalnız qürurlu tarixi keçmişindən geri döndərməyib, həm də bütövlükdə, ölkəni problemlər məgənəsinə, çıxılmaza salıb.

Makronun yarıtmaz siyasətinə qarşı zaman-zaman etirazlar baş qaldırırdı. Bir neçə il bundan əvvəl başlayan “Sarı jiletlilər” hərəkatı, əyalətlərdə fermerlərin “peyin inqilabı” buna misaldır. Ancaq hakimiyyət repressiyalara əl atmaqla və yaxud vədlər verməklə bu etirazların kütləvi hal almasını əngələməyə nail olurdu.

Bu dəfə isə vəziyyət tamam fərqlidir. Ölkədə “tam baykot” elan olunub. Bunun anonsu cari ilin yayında verilmişdi. Hərəkat sosial şəbəkələr üzərindən edilən çağırışlarla tez bir zamanda böyük populyarlıq qazandı, bütün ölkə əhalisi, xüsusilə də sosial şəbəkələrdə daha aktiv olan gənclər “tam baykot”u “like” etməklə dəstəklərini ortaya qoydular.

Qısa müddət ərzində sosial şəbəkələr üzərindən təbliğatı aparılan və əslində, “sarı jiletlilər”, “peyin inqilabı” ilə müqayisədə daha yaxşı strukturlaşan “tam baykot” hərəkatı əvvəcədən də elan edildiyi kimi, sentyabrın 10-dan etibarən virtual məkandan çıxaraq açıq müstəviyə keçib. Hərəkatın miqyası gözlənildiyindən daha böyükdür. Etirazların qarşısını almaqdan ötrü Makron sərt qərarlar vermək məcburiyyətində qalıb, o cümlədən onun göstərişləri əsasında 80 min polis və jandarm bu məqsədlə səfərbər edilib. Nəticədə 700-dək etirazçı saxlanılıb və 23-dən çox polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb. İki böyük həmkarlar ittifaqı təşkilatı - CGT və SUD aksiyaları dəstəkləyib, daha geniş tətillər isə 18 sentyabr tarixinə planlaşdırılıb. İpsosun sorğusuna görə, fransızların 46 faizi hərəkatı dəstəkləyir.

Qığılcımın alova çevrilməsi

Qeyd etdiyimiz kimi, Fransada insanlar müxtəlif vaxtlarda Makronun yarıtmaz siyasətinə etirazlarını bildirməkdən ötrü aksiyalar keçiriblər. Bu dəfə isə qığılcımın alova çevrilməsini şərtləndirən əsas səbəb artıq parlamentdə etimadsızlıqla üzləşən Baş nazir Fransua Bayrunun Fransanın dövlət borcunu və büdcə kəsirini azaltmaq üçün sərt qənaət rejiminə keçid proqramını bəyan etməsi olub.  Parlamentdə hökumətə etimadsızlıq səsverməsindən əvvəl Bayru milli iqtisadiyyatın durumu və ölkənin xarici borcu ilə əlaqədar son dərəcə kədərli etirafları dilə gətirib. “Fransa çətin iqtisadi vəziyyətdədir, ölkənin dövlət borcu hər saniyə 5 min avro artır”. Bunu sabiq Baş nazir özünün yutub kanalında yayımlanan vətəndaşlara videomüraciətində deyib. Onun sözlərinə görə, ölkənin dövlət borcu artıq 3,4 trilyon avroya çatıb. “Bu, təsəvvür etmək belə çətin olan bir məbləğdir”, - deyə  Bayru vurğulayıb.

Sabiq Baş nazir həddindən artıq borcları Fransa iqtisadiyyatı üçün əsas təhlükə adlandırıb və xərclərin azaldılmasına yönəlmiş təcili tədbirlərin görülməsinin vacibliyini açıqlayıb. Onun büdcə kəsiri və dövlət borcu ilə əlaqədar narahatlıq ifadə etməsi başadüşüləndir. Ancaq bu problemləri həll etmək və bunun üçün optimal variantlar tapmaq hökumətin vəzifəsidir. Hökumət isə çıxış yolunu xərcləri daha da minimallaşdırmaqda, hətta bəzi istirahət günlərini ixtisara salmaqda görüb. Makrondan siyasi sifariş alan Bayrunun bəyan etdiyi sərt qənaət rejiminə keçid planı stəkanda suyu daşdıran son damla oldu.

Bayru artıq devrilib. Hökumət rəhbərlərini əlcək kimi dəyişən Makron (son 20 ayda 4-cü Baş nazir dəyişikliyi) onu sərt xətt tərəfdarı kimi tanınan sabiq müdafiə naziri Sebastyan Lekornu ilə əvəzləyib. Lekornu 2017-ci ildən hökumətdə təmsil olunur və Makronun yaxın müttəfiqlərindən sayılır.

Yelisey Sarayının yaydığı bəyanatda bildirilir ki, Makron yeni Baş nazirdən parlamentdə təmsil olunan siyasi qüvvələrlə məsləhətləşmələr aparmağı, dövlət büdcəsinin qəbuluna və qarşıdakı aylar üçün vacib qərarların verilməsinə dair razılaşmalar qurmağı istəyib.

Lakin loyal Baş nazirin sərt xətt tərəfdarı ilə əvəzlənməsinin Fransanın siyasi və sosial həyatında gözlənilən dəyişikliklərə gətirib çıxaracağına ümidlər çox azdır. Bütövlükdə, indiki siyasi xətlə yuxarıda qeyd olunan problemləri həll etmək mümkün deyil. Bir şey bəllidir ki, bundan sonra Fransada sərt qənaət rejiminin tətbiqi mümkün deyil. Çünki kəmərlər maksimum dərəcədə daraldılıb, etirazçılar başa düşürlər ki, onların şəxsi büdcələrində daha nəyi isə ixtisara salmaq sadəcə mümkünsüzdür. Bu isə o qənaəti ifadə etməyə əsas verir ki, yeni hökumətin də ömrü uzun olmayacaq.

Yeni təyinat ölkə daxilində və dənizaşırı ərazilərdə kəskin narazılıqla qarşılanıb

Makron yeni Baş nazir təyinatını reallaşdırarkən bu dəfə də Konstitusiyanın tələblərini pozmaqla parlament çoxluğunun mövqeyini nəzərə almayıb və təkbaşına qərar verib. Buna görə də yeni təyinat ölkə daxilində dərin narazılıqlara yol açıb və etirazlar dalğasının miqyasını daha da artırıb. Ayrı-ayrı siyasi partiyaların rəhbərləri yeni təyinatla bağlı sərt bəyanatlar verməkdədirlər. “Əyilməz Fransa” hərəkatı Sebastyan Lekornu hökumətinə qarşı etimadsızlıq səsverməsi təqdim edəcəyini açıqlayıb. Hərəkatın rəhbəri Jan-Lük Melanşon  bu təyinatı “parlamentə hörmətsizlik” kimi qiymətləndirərək Makronun istefasını bir daha tələb edib.

Milli Birlik partiyasının lideri Marin Le Pen yeni təyinatı tənqid edərək bildirib ki, Prezident makronizmin son gülləsini atır. O, növbəti Baş nazirin Jordan Bardella olacağını proqnozlaşdırıb.

Ölkə daxilində olduğu kimi, Yelisey Sarayının idarəçiliyində olan dənizaşırı ərazilərdə də yeni təyinat ciddi etirazlar yaradıb. Buna səbəb isə yeni Baş nazirin zamanında burada qoyduğu izlərdir. Necə deyərər, nə əkərsən, onu da biçərsən. Sabiq müdafiə naziri S.Lekornu zamanında qeyd olunan ərazilərdə xüsusi amansızlığı, yerli icmaların mənafeyinə qarşı yönələn  sərt qərarlar verməsi ilə fərqlənib və buna görə də “koloniyalar naziri” kimi məşhurlaşıb. Dənizaşırı ərazilərin sakinləri onun keçmiş əməllərini unutmurlar. Hind okeanında yerləşən Reyunyon adasında 800 nəfərə yaxın etirazçı avtomobil yollarını bağlayıb. Etirazçılar arasında Reyunyon regional şurasının sədri Üqet Bello da olub. Aksiya nəticəsində biri azyaşlı olmaqla üç nəfər saxlanılıb. Növbəti mərhələdə Cənubi Amerikada yerləşən Fransız Qvianasında 20-yə yaxın şəxs Suzini dairəsində dinc etiraz keçirib, Karib hövzəsindəki Martinikdə isə 300-dən çox nümayişçi prefekturanın qarşısında korrupsiya, həkim çatışmazlığı və polis şiddəti hallarına diqqət yönəldib...

Burada vacib bir məqama - dənizaşırı ərazilərdə etirazların nisbətən məhdud olmasına da diqqət çəkmək lazım gəlir. Bunun əsas səbəbi bəhs olunan ərazilərdə siyasi repressiya risklərinin daha böyük olması ilə bağlıdır. Mərkəzi hakimiyyətə qarşı etiraz edənlər heç bir izahat verilmədən həbsə alınırlar.  Xüsusilə, Mayot, Qvadelup, Fransız Qvianası, Martinik və Yeni Kaledoniya kimi ərazilərin həbsxanalarında sıxlıq səviyyəsi əhali sayına nisbətdə daha yüksəkdir. Bu realıq isə Yelisey Sarayının bəyan etdiyi “azadlıq, bərabərlik, qardaşlıq” devizi ilə kəskin ziddiyyət təşkil edir.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Sentyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1517

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see259

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see232

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see224

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see217

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see213

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see209

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see206

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see204

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see202

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see200

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see187

DÇ 2026 da “pley off”a çıxan komandalar artdı ADLAR

27 İyun 2026 10:40see174

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see172

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see172

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see167

Bakıda UFC Fight Night Baku turnirinə start verildi

27 İyun 2026 17:16see167

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see160

DÇ 2026: İspaniya Uruqvayı məğlub edərək lider kimi pley offa çıxdı

27 İyun 2026 06:18see157

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

27 İyun 2026 16:17see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri