Icma.az
close
up
RU
Makronun İrəvan səfəri: alt məqsədlərdə nələr gizlənir?

Makronun İrəvan səfəri: alt məqsədlərdə nələr gizlənir?

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ĤFransa prezidenti son “açıq kartı”nı irəli sürür

Ermənistan yolunu müəyyənləşirəcək: Ai, yoxsa Aİİ

Fransa prezidenti Emmanuel Makron mayda İrəvana səfər edəcək. Səfər İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) sammiti ilə məhdudlaşmır - mayın 4-də sammitin yekunlaşmasının ardından, müəyyənləşdirilmiş protokola uyğun olaraq mayın 5-dən Makronun Ermənistana dövlət səfəri başlayacaq. Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryan və Fransanın İrəvandakı səfiri Olivye Dekotini arasında keçirilən görüşdə məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində iki ölkə arasında bir sıra ikitərəfli məsələlər, o cümlədən Fransanın Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin bir hissəsi olaraq Sisian-Kajaran yol hissəsinin tikintisində iştirakı müzakirə olunub. Xatırladaq ki, Fransa prezidentinin Ermənistana ilk səfəri 2018-ci ilin oktyabr ayında baş tutub. 2023-cü ildə Ermənistan mətbuatı Makronun 21 sentyabrda (Ermənistanın Müstəqillik Günü) gələcəyinin gözlənildiyini yazsa da, bu baş verməyib.

Makron İrəvana niyə gəlir?

Makronun İrəvana səfəri üzdə Avropa Siyasi Birliyinin toplantısında iştirak və ya ikitərəfli əlaqələr kontekstində görünsə də, bir sıra siyasi şərhçilər daha fərqli məqamlardan bəhs açırlar. Belə ki, bu səfərin alt məqsədi heç də sözügedən məsələlərlə məhdudlaşmır. Səfər daha çox:

- Ermənipərəst maraqların təzyiqi ilə yaradılmış Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyasının “təqdimat mərasimi”dir;

- Aprelin əvvəlində Kremldən Paşinyana qarşı edilmiş təzyiqə cavabdır;

- Seçki kampaniyasında hazırki baş nazirə dəstəkdir;

- Gələn il Fransada keçiriləcək seçkilər öncəsi Makronun dividend axtarışıdır (erməni lobbisindən dəstək);

- Sülh prosesinə müdaxilə imkanlarını araşdırmaqdır. 

Bu fikirləri dəstəkləyən ən mühüm məqam isə Makronun prezidentliyi dövründə bir dəfə də olsun digər iki Cənubi Qafqaz ölkəsinə səfər etməməsidir. Başqa sözlə, Makron əgər təmsil etdiyi ölkənin və ya qitənin (Aİ çərçivəsində) maraqları, iqtisadi əməkdaşlıq prioritetləri, qlobal siyasi dialoq kontekstində nə Azərbaycana, nə də Gürcüstana səfər etməyibsə, əksinə, ötən 8 ildə 2 dəfə İrəvana “təşrif buyurubsa”, demək ortada fərdi, korporativ və ya daha başqa maraqlar mövcuddur.

“Güc” nümayişi, yoxsa “tozlanmış xartiya” ənənəsi...

Vurğulandığı kimi, bu səfər bir mənada Fransanın titmsalında Aİ-nin ermənipərəst “qolu”nun bölgədə “güc nümayişi”nə hesablanıb. Sirr deyil ki, Cənubi Qafqazda formalaşan sülh mühiti erməni lobbisinin “söz sahibi” olduğu Fransa başda olmaqla bəzi dövlətlərin maraqları ilə üst-üstə düşmür. Xüsusilə, sülhün Azərbaycanın irəli sürdüyü şərtlər əsasında formalaşması, ötən ilin avqustunda ABŞ-da rəsmi beynəlxalq təsdiqini tapması, bölgəyə əbədi sabitlik vəd etməsi bəzi dövlətlər kimi Fransanın da yuxusunu ərşə çəkitb. Paris, xüsusilə yeni nizamda aparıcı geoiqtisadi statusa malik Cənubi Qafqazda Ermənistanın müstəqil dövlət kimi təşəkkül tapmasını həzm edə bilmir - erməni lobbisi İrəvanın “iplərini” yenə də öz əlində saxlamaq üçün təzyiq yolları axtarır. Politoloqların düşüncəsinə görə, Makronun bu səfəri “əməkdaşlıq strategiyası” adı altında yenidən Ermənistanı boyunduruğa sürükləməkdi - sülhün nəticəsi isə Ermənistana “real dövlət” konsepsiyası vəd edir. Fransa bu konsepsiya nəticəsində özünün Cənubi Qafqazdakı dayağını itirmiş olacaq. 

Maraqlıdır ki, bu səfər 2025-ci ilin yanvarında İrəvan ilə Vaşinqton arasında tələm-tələsik şəkildə imzalanan xartiya ilə müqayisə olunur. Qeyd edək ki, həmin vaxt artıq hakimiyyət ilə vidalaşan prezident Bayden və dövlət katibi Blinken Cənubi Qafqazı yenidən konfrantal zonaya çevirmək üçün bu yola əl atmışdılar. Nəhayətində isə, Donald Trampın prezidentliyi dövründə həmin “sənəd” heç yada da düşmədi. Makron da eyni yolu gedir -  prezidentliyinin bitməsinə bir ildən də az vaxt qaldığı bir zamanda Ermənistandan “əməkdaşlıq” adı altında fərqli maraqlara xidmət edən güzəştlər qoparmağa, İrəvanı Parisdən asılı salmağa niyyətlənib. Nəzərə alaq ki, Fransa Ermənistanın ən mühüm silah təchizatçısıdır və ötən 6 ildə İrəvanı yeni müharibəyə təhrik edən bir dövlətdir. Bu mənada, səfər heç də sadəcə “ikitərəfli əməkdaşlıq” şüarları ilə bitməyəcək. Ötən günlərdə Parisin əlaltısı qismində çıxış edən Belçika və Niderdand parlamentlərinin “qətnamə” oyunları da bunu təsdiqləyir.

Aİ missiyası, Kremlin “hədəsi”: Makron Rusiyaya mesaj verəcəkmi?

Digər tərəfdən, səfər həm də seçkiöncəsi bəzi ştrixləri ilə ön plana çıxır. Təxminən bir ay 10 gündən sonra Ermənistanda baş tutacaq parlament seçikləri olduqca mühüm əhəmiyyət kəsb edir: həm Ermənistanın siyasi gələcəyi üçün, həm də regionda sülh prosesinin inkişafı üçün. Bu seçki İrəvanın Rusiya orbitindən tam qopmasına da yol aça bilər. Məhz bu “təhlükə”ni önləmək üçün Kreml seçkilərdə Rusiya pasportu daşıyan Karapetyanın iştirakında israr edir. Paralel olaraq bu ayın ilk günündə Moskvada baş tutan Paşinyan-Putin görüşünün gərgin notlar altında keçməsi də Aİ-ni narahat edir. Bəlli olduğu kimi, Putin Paşinyana açıq kontekstdə Aİ və ya Aİİ arasında seçim etməli olduğunu bildirmişdi. Ermənistanın Aİİ ilə münasibətləri dayandırması ölkənin iqtisadi fiaskosu deməkdir. Ermənistanın ən mühüm iqtisadi tərəfdaşları və ticarət dövriyyəsi məhz Aİİ ölkələri ilədir. Aİ ilə əlaqələrin dayandırılması isə şəxsi mənada Paşinyanın siyasi bitişi anlamına gəlir. Bu mənada, səfər zamanı “Şimal-Cənub nəqliyyat dəhlizi” adı altında Ermənistanın “siyasi qiymətini artırmaq” cəhdi diqqət çəkir. Makron Ermənistanın Aİ tərəfindən “dəstəkləndiyinin”  Rusiyaya nümayiş etdirmək, yuxarıda qeyd edilən Aİ missiyasının “təqdimatını” keçirmək üçün İrəvana “dövlət” səfəri edir. Nəzərə alaq ki, bu missiya birmənalı şəkildə Paşinyanın dəstəklənməsinə hesablanıb - eyni zamanda, ölkədə köhnə qitənin mənafeyini təmin etmək üçün gəlir.

Erməni lobbisi Makronu bağışlamır...

Səslənən tezislər arasında Makronun Fransada gələn il baş tutacaq seçkilərdə özünün “xələf”inə yaxşı bir “hədiyyə” vermək istəyi də yer alır. Qeyd edək ki, Fransa prezidenti 2027-ci ildə ikinci prezidentlik müddətinin başa çatmasından sonra siyasi fəaliyyətini davam etdirməyəcəyini bəyan edib. Xatırladaq ki, 2022-ci ildə ikinci müddətə prezident seçilən Emmanuel Makron Fransada konstitusiya ilə müəyyən edilmiş qaydalara uyğun olaraq 2027-ci ildə sonuncu mandatını tamamlayacaq. Əsas rəqibi Marin Le Penə qarşı isə onun iki namizədinin olduğu bildirilir:

- Qabriel Attal: İntibah Partiyasının baş katibi, 2024-cü ildə 9 ay Fransanın baş naziri;

- Eduard Filip: hazırda Havr şəhərinin meri, 2017-2020-ci illərdə Foansanın baş naziri.

Hər iki namizəd Le Penin qarşısında acizdir. Səbəblər isə çoxdur. Bu səbəblərin Ermənistanla bağlı hissəsi isə Makronun Vətən müharibəsi dövründə bütün “cəbhələrdə” Azərbaycana məğlubiyyətidir. Erməni lobbisi bunu Makrona bağışlamır -  o baxımdan, Makronun xələfinin də lobbi tərəfindən dəstəklənəcəyi sual altındadır. Makron isə “səhvini düzəltmək” üçün son “həmləsini” etməyə çalışır. Siyasi şərhçilər səfər zamanı bağlı qapılar arxasında Cənubi Qafqazda sülh prosesinin də müzakirə predmeti olacağını idida edirlər. Məhz Azərbaycanın təkidi və qətiyyəti ilə prosesdən kənarlaşdırılan Fransa son mərhələdə yenidən özünün “müdaxilə” imkanlarını araşdırmaq istəyir - amma bu mümkün deyil. Çünki Cənubi Qafqazda gedən sülh prosesi Azərbaycanın nəzarətində inkişaf edir. Fransanın Ermənistanı yenidən eskalasiyaya şirnikləndirməsi isə İrəvanın özü üçün acınacaqlı nəticələr vəd edir. Paris 2020, 2023-cü illərdə olduğu kimi bu dəfə də haraya çatmayacaq...

P. İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Aprel 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri