Icma.az
close
up
RU
Makronun türk düşmənçiliyi

Makronun türk düşmənçiliyi

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Fransa Prezidenti Makron ölkəsinin PKK terror təşkilatının Suriya qolu olan  YPG-yə dəstəyinin davam edəcəyini bildirib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Makron Fransanın “kürdlər kimi azadlıq döyüşçülərini” tərk etməyəcəyini bəyan edib.

“Yelisey” sarayında Fransa səfirləri qarşısında çıxış edən Emmanuel Makron Suriya məsələsinə toxunub.

O,  Suriyada azad, suveren dövlətin qurulması istiqamətində keçid prosesini dəstəkləyəcəklərini deyib.

Fransa Prezidenti bu dəstəyin uzunmüddətli perspektivdə də davam edəcəyini qeyd edərək Avropanın Suriyada qurulan müvəqqəti hökumətə baxışının “sadəlövh” olmamalı olduğunu bildirib.

Makron ölkəsinin “kürdlər kimi azadlıq döyüşçülərini” tərk etməyəcəyinə söz verib. 

Makron kürd yaraqlılarını terrorla mübarizədə Qərbin müttəfiqi adlandırıb və onları Suriyada tək qoymayacaqlarını bildirib.

Makron bu sözlərlə Fransanın terror təşkilatı YPG-yə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Yaxın Şərqdəki digər məsələlərə də toxunan Makron deyib ki, İran Fransa, avropalılar, bütün regionda və onun hüdudlarından kənarda strateji təhlükəsizliyə əsas təhdid adlandırıb.

Makron bu problemin Fransa, Avropa və region ölkələri daxil olmaqla bir çox ölkəni narahat etdiyini söyləyib.

Fransanın xarici işlər naziri Jan-Noel Barro da Dəməşqdə verdiyi açıqlamada PKK terrorçularına dəstəyini ifadə edib.

O qeyd edib ki, Fransa ilə müttəfiq olan kürdlər üçün siyasi həll yolu tapılmalıdır. 

“Suriyanın şimalında davamlı sabitlik təmin edilməlidir”, - deyə Barro əlavə edib. 

Əvvəlcə, terror təşkilatı PYD-nin qondarma lideri Mazlum Kobani ilə telefonla danışan Barro Suriyada terrorun və həddindən artıq şiddətin davam etməsinə icazə verilməməli olduğunu deyib.

“Biz kürdlərlə birlikdə terrora qarşı mübarizə apardıq”, - deyə xarici işlər naziri bildirib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see385

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see357

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see345

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see268

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see263

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see259

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see249

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see200

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see185

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see181

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see180

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see176

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see170

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see167

Suriyada qaz boru kəmərində partlayış Təchizat dayandırıldı

19 Avqust 2026 06:56see159

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see158

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see149

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see149

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see148

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri