Icma.az
close
up
RU
Makronun Əlcəzair səhvi

Makronun Əlcəzair səhvi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransanın Afrikada mövqeləri zəifləyir

Fransa ilə Əlcəzair arasında mürəkkəb olan münasibətlər sürətlə pisləşir. Prezident Emmanuel Makron Əlcəzair diplomatlarına və rəsmi şəxslərinə verilən vizasız giriş imtiyazının ləğv edilməsini istəyir. Əlcəzair də rəsmi Parisin addımlarına cavab qismində adekvat addım atır və diplomatik pasportu olan Fransa vətəndaşlarına da viza rejimi tətbiq edəcəyini açıqlayır. 

Fransa prezidenti Emmanuel Makronun son qərarı Parisin Afrikada getdikcə zəifləyən təsirinin daha bir sübutudur. Makron 2013-cü ildə Fransa ilə Əlcəzair arasında imzalanmış və əlcəzairli diplomatlar ilə rəsmi şəxslərə vizasız giriş imkanı verən razılaşmanın ləğvini tələb edərək, onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirir. Baş nazir Fransua Bayruya göndərdiyi məktubda Makron qərarını artan diplomatik gərginliklə əsaslandırır, münasibətlərin “qeyri-bərabər” olduğunu iddia edir və Fransanın “daha sərt və prinsipial mövqe” tutmağa çağırır. Ancaq reallıqda bu, Makron administrasiyasının Afrikada nüfuz itkisini kompensasiya etmək üçün uğursuz təzyiq siyasətindən başqa bir şey deyil.

Ümumiyyətlə, son illərdə Paris, xüsusilə Şimali Afrika ölkələrinə qarşı miqrasiya və təhlükəsizlik məsələlərində sərt siyasət yürüdür. Lakin bu strategiya nəticə vermək əvəzinə, Fransa diplomatiyasını zəiflədir və ikitərəfli münasibətləri pozur. Əlcəzairin cavabı da özünü çox gözlətmədi: rəsmi Əlcəzair diplomatik pasportlu Fransa vətəndaşları üçün viza rejimi tətbiq olunacağını açıqladı. Makron 6 avqust tarixli məktubunda iddia edir ki, Əlcəzair münasibətlərin normallaşdırılması çağırışlarına cavab vermir və buna görə də, sazişin ləğvi rəsmiləşdirilməlidir. 

Əslində, iki ölkə arasındakı böhran yeni deyil. Aprelin 14-də Əlcəzair Fransanın 12 diplomatını ölkədən çıxarmış, Paris isə cavab olaraq səfirini geri çağıraraq 12 əlcəzairli diplomatı “persona non qrata” elan etmişdi. Əlcəzair Xarici İşlər Nazirliyi xatırlatdı ki, razılaşmanın ləğvini Paris istəyir, məsələni gündəmə gətirən məhz Fransadır: “Paris bu məhdudiyyətlərlə Əlcəzairə cavab vermək fürsəti yaradır”. Əlcəzair qəti şəkildə bəyan edir ki, ölkə heç bir formada təzyiqə, hədə-qorxuya və ya şantaja boyun əyməyəcək. Bəyanatda qeyd olunur ki, Fransa ilk gündən böhranı “güc münasibətləri” formatında- göstərişlər, ultimatumlar və birtərəfli tələblərlə idarə edir. Bu isə ikitərəfli münasibətlərə zərbə vurur.

Siyasi müşahidəçilərin sözlərinə görə, Makronun bu addımı Fransa diplomatiyasının strateji planlaşdırma çatışmazlığını bir daha göstərir. Təzyiq və qarşıdurma siyasəti nəticəsində Paris yalnız Əlcəzairlə deyil, bütün Afrikada mövqelərini itirir. Uğursuz xarici siyasət xətti Fransa üçün təkcə nüfuz itkisi deyil, həm də uzunmüddətli strateji itkilər deməkdir. Uzun illər ərzində Şimali Afrikada siyasi, iqtisadi və mədəni nüfuzunu qorumağa çalışan Fransa, son on ildə bir-birinin ardınca buraxdığı diplomatik səhvlər nəticəsində regionda mövqelərini itirməkdədir. 

Əlcəzairlə münasibətlərin pisləşməsi bu zəncirin ən son, amma ən təhlükəli halqasıdır. Bu ölkə təkcə Şimali Afrikanın deyil, həm də Sahel bölgəsinin siyasi mərkəzlərindən biridir. Əlcəzair ilə münasibətlərin korlanması Fransa üçün yalnız ikitərəfli əlaqələrin zəifləməsi demək deyil – bu, eyni zamanda Afrikada digər tərəfdaşlara da mesajdır: Paris artıq əvvəlki kimi güvənilən, hörmət edilən oyunçu deyil. Son illərdə Mali, Burkina-Faso, Niger kimi ölkələrdə fransız hərbi kontingentinin çıxarılması və yeni ölkələrin bölgədə nüfuz qazanması Fransa diplomatiyasının Afrikada geri çəkildiyini təsdiqləyir. Əlcəzairlə yaşanan son böhran isə bu prosesin daha da sürətlənəcəyini göstərir.

Makron administrasiyası əməkdaşlıq və dialoq əvəzinə, təzyiq və qarşıdurma siyasətini üstün tutur. Ancaq bu yanaşma Afrikada işlək deyil: burada yumşaq güc, tarixi bağların qorunması və qarşılıqlı etimad əsas dəyərdir. Fransa isə məhz bu dəyərləri itirdiyi üçün nüfuzunu bərpa etməkdə çətinlik çəkir. Buna görə də, Fransa-Əlcəzair münasibətlərinin korlanması təkcə bir diplomatik böhran deyil, Parisin Afrikadakı mövqelərinin strateji zəifləməsinin növbəti mərhələsidir. 

Səbuhi MƏMMƏDOV 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 06:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suraxanıdakı “şəfalı“ gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? VİDEO

05 İyul 2026 00:02see253

DÇ 2026: Kanada Mərakeş matçında hesab açılıb

04 İyul 2026 22:23see243

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see240

İsrailin təxribatlarını yaxından izləyirik Ərdoğandan AÇIQLAMA

04 İyul 2026 22:20see226

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see210

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see209

Oyarsabal: “Portuqaliyaya hörmət edirik, amma ondan qorxmuruq”

05 İyul 2026 03:26see188

Çılpaq yatmağın faydaları

05 İyul 2026 03:04see184

Parkinson xəstəsinin müavinəti niyə dayanıb? VİDEO

04 İyul 2026 22:49see183

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see175

Antonelli qalib oldu

05 İyul 2026 00:59see164

Siz də saçlarınızı gec gec yuyursuz? Yağlanmasın deyə...

05 İyul 2026 02:41see164

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see163

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see163

Real ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... FOTO

05 İyul 2026 02:04see162

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see162

Antibiotiklər hər qızdırmada lazımdırmı?

05 İyul 2026 08:41see162

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see162

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see158

Ebola ilə bağlı dəhşətli proqnoz: Gündə 1000 nəfər ölə bilər

05 İyul 2026 01:37see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri