Icma.az
close
up
RU
Parisdə Azərbaycan təntənəsi

Parisdə Azərbaycan təntənəsi

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkəmizin Fransadakı səfirliyinə hücum ilə bağlı birinci məhkəmə instansiyasının müəyyən etdiyi cəza daha da ağırlaşdırılıb

Paris Apellyasiya Məhkəməsinin 8 iyul qərarı ilə radikal erməni millətçiləri tərəfindən Azərbaycanın Fransadakı səfirliyinin binasına edilmiş hücum ilə bağlı birinci məhkəmə instansiyasının müəyyən etdiyi cəza daha da ağırlaşdırılıb. Xatırladaq ki, 2022-ci il sentyabrın 18-də radikal erməni qrupları Parisdə Azərbaycan səfirliyinə hücum etmiş və nəticədə diplomatik nümayəndəliyin binasına zərər yetirmişdilər. Baş vermiş hücum aktı ilə əlaqədar dəlillər yerli məhkəməyə təqdim edilmiş və hücumun əsas təşkilatçısı və iştirakçılarının cəzalandırılması tələb olunmuşdur.

Parisdə səfirliyimizə hücumun qısa təfərrüatları

Bir sıra xarici ölkələrdə erməni terror təşkilatlarının mövcud olduğu hər kəsə bəllidir. Erməni terrorçuları xüsusilə Fransada təşkilatlanmış formada fəaliyyət göstərirlər. Bu da həmin ölkədə erməni lobbisinin daha güclü olması ilə bağlıdır. Fransada güclü dayaqlara və maliyyə qaynaqlarına malik olan erməni lobbisi hətta Yelisey Sarayına açıq və yaxud gizli formalarda təsir göstərmk imkanlarına malikdir. Hakim komandanın təmsilçiləri siyasi karyeraları, seçkilərdə daha çox səs toplamaq naminə  erməni lobbi dairələrindən gələn sifarişləri məmnuniyyətlə yerinə yetirməyə çalışırlar. 18 sentyabr 2022-ci il tarixində Azərbaycanın Fransadakı səfirliyinə bir qrup erməni tərəfindən edilən hücumun qarşısının müvafiq qurumlar tərəfindən alınmaması da məhz bu kontekstdə dəyərləndirilməlidir.

Səfirliyimizə hücum Azərbaycan Ordusunun Ermənistanın sərhəd təxribatlarının qarşısını qətiyyətlə alması fonunda baş vermişdi. Erməni terror təşkilatları ayrı-ayrı ölkələrdə bu qəbildən olan vandalizm əməlləri törətməklə sanki Ordumuzun qələbələrinin qisasını aldıqlarını düşünürdülər. Bu da bir erməni xislətidir - onlar döyüş meydanlarından kütləvi şəkildə qaçırlar, fərarilik edirlər, məğlubiyyətlərinin “qisasını” isə mülki insanlara, diplomatik korpuslarımıza ziyan vurmaqla, uşaq oyuncaqlarında minalar yerləşdirməklə almağa çalışırlar. Bununla da özlərini “qəhrəman” sanırlar.  Qeyd edək ki, həmin ərəfədə ermənilər həmçinin Azərbaycanın Livandakı, Amerika Birləşmiş Ştatlarındakı (ABŞ), Böyük Britaniyadakı səfirlikləri önündə də oxşar hadisələr törətməyə cəhdlər göstərmişdilər.  Ancaq həmin ölkələrin müvafiq qurumlarının qətiyyətli davranışları sayəsində ermənilərin təxribat planlarının qarşısını almaq mümkün oldu.

Fransaya gəldikdə isə, bu ölkənin hüquq-mühafizə orqanlarının təmsilçiləri ermənilərin səfirliyimiz önündə təxribat törətmələrinə bir növ seyirçi qalıblar. Onlar səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər. Bundan istifadə edən ermənilər əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan bəhs olunan hadisələrə birmənalı kəskin münasibətini bildirib. Zamanında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda vurğulanıb ki, özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də, cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik.

Eyni zamanda, Azərbaycanın İnsan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən hücumlara münasibət bildirib. O vurğulayıb ki, səfirliklərimizin binasının lazımi səviyyədə qorunmaması həmin  dövlətlərin beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəliklərin pozulması deməkdir.

İki mərhələdə yerini tapan ədalət

Haqq nazilər, ancaq üzülməz, deyiblər. Parisdəki səfirliyimiz önündə baş verən erməni təxribatı ilə əlaqədar ədalət də iki instansiya məhkəməsinin qərarı ilə öz yerini tapıb. Xatırladaq ki, Paris Məhkəməsinin 2023-cü ilin iyunun 23-də keçirilmiş iclasının qərarı ilə hücumun əsas təşkilatçısı “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza və cərimə müəyyən edilib.

Qarşı tərəf birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq, Apellyasiya Məhkəməsinə müraciət edib. 2025-ci il iyunun 10-da Apellyasiya Məhkəməsinin iclası keçirilib.

Apellyasiya Məhkəməsinin iyulun 8-də elan etdiyi qərarla birinci instansiya məhkəməsi tərəfindən qərara alınmış 6 aylıq şərti cəzanın müddəti 2 dəfə artırılaraq 12 ay müəyyən edilib. Həmçinin L.Tufanyana 5 il müddətinə silah saxlamaq və gəzdirmək qadağan edilib və cərimə məbləği artırılıb.

Paris Apellyasiya Məhkəməsinin bu qərarı gələcəkdə bu kimi halların qarşısının alınması baxımından mühüm addım kimi qiymətləndirilir.

Bəs diplomatik nümayəndəliklər necə qorunmalıdır?

Baş verənllər fonunda sual yaranır: Bəs diplomatik nümayəndəliklər necə qorunmalıdır? Xarici İşlər Nazirliyi xatırladıb ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Bundan başqa, “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 1973-cü ildə digər bir beynəlxalq Konvensiya qəbul olunub. 18 sentyabr 2022-ci il tarixində Parisdəki səfirliyimiz önündə baş verən məlum hadisə hər iki Konvensiyanın kobud şəkildə pozulması anlamına gəlir ki, bu da artıq Yelisey Sarayının məsuliyyətidir. Daim beynəlxalq hüququn, insan haqlarının qorunmasına çağırışlar edən bir ölkə ilk növbədə öz daxilində bu prinsiplərin, qanunların aliliyinin qorunmasını təmin etməlidir.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyul 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri