Icma.az
close
up
RU
Makronun qismən atəşkəs ideyası reallaşa bilərmi? (ŞƏRH)

Makronun qismən atəşkəs ideyası reallaşa bilərmi? (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Qismən atəşkəsə zəminin yaranması, Rusiya, Ukrayna və ABŞ-dan asılıdır. Lakin qismən atəşkəs Ukrayna öz təhlükəsizliyi üçün zəmanət əldə edəcəyi halda real ola bilər".

Qaynarinfo-ya açıqlamasında bunu Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Fransa prezidenti Emmanuel Makronun Ukrayna müharibəsilə bağlı irəli sürdüyü "qismən atəşkəs" ideyasını şərh edərkən deyib.

"Londonda keçirilən sammitdə Makron və Britaniyanın baş naziri Kir Starmer tərəfindən Rusiya ilə Ukrayna arasında döyüşlərin qismən dayandırılması təklif olunub. Ancaq bu atəşkəsin imzalanması demək deyil. Qismən atəşkəs real ola bilər. O halda ki, Ukrayna öz təhlükəsizliyi üçün zəmanət əldə edə bilsin", deyə Rüstəm Tağızadə bildirib.


Amma ekspertin fikrincə, bu zəmanətin hansı dövlət və ya dövlətlərin verəcəyi sual altındadır:

"ABŞ silah yardımını dayandırıb. Nəticədə olduqca mürəkkəb vəziyyət yaranıb. Fikrimcə, burada heç Rusiyanın da maraqları təmin olunmur. Ola bilsin atəşkəs sövdələşməsilə Rusiya işğal etdiyi ərziləri əlində saxlasın. Ancaq Rusiya üçün əsas məsələ başqadır. Kreml ona qarşı yönələn iqtisadi sanksiyaların aradan qaldırılmasını istəyir. ABŞ-da müəyyən qədər bu prosesi uzadır. Təbii ki, tam atəşkəsin monitorinqi çətin məsələdir. Ancaq tərəflər arasında qismən atəşkəsin olması üçün də buna həm Kiyev, həm də Moskva razılıq verməlidir. Ortada həll edilməyən məsələlər çoxdur. Böyük Britaniya Ukraynaya 1.2 milyard avro dəyərində kredit verib. Ukraynaya silahlar da verilir".

Həmsöhbətimiz qeyd edir ki, Avropa İttifaqı Rusiyanın Avropa ölkələrinə də hücum edəcəyindən qayğılanır:

"O baxımdan da onlar Ukraynanın müharibəni davam etdirməsində maraqlıdırlar. Çinin özü də ABŞ-a qarşı olaraq müharibənin uzanmasının tərəfdarıdır. Belədə, qismən atəşkəs yaxşı prosedurdur. Ancaq ona əməl olunub-olunmayacağını zaman göstərəcək".

Qeyd edək ki, bu günlərdə Fransa prezidenti Emmanuel Makron Ukrayna müharibəsilə bağlı "qismən atəşkəs" ideyasını irəli sürüb. Fransanın xarici işlər naziri Jan-Noel Barro isə BFMTV-yə açıqlamasında bildirib ki, "qismən atəşkəs" ideyası daha geniş razılaşma üzrə danışıqlara zəmin yarada və Moskvanın öhdəliklərə əməl etməyə hazır olub-olmadığını yoxlamağa imkan verə bilər.  

"Səmada, dənizdə və enerji infrastrukturunda atəşkəs Vladimir Putinin buna razılıq verdiyi halda onun xoş niyyətini təsdiqləyə bilər. O zaman real sülh danışıqları başlaya bilər. Çünki biz sülh istəyirik – lakin etibarlı və uzunmüddətli sülh", deyə o, bildirib.  

Barro deyib ki, Makron və Britaniya baş naziri Kir Starmerin "qismən" atəşkəs təklifi – səmada, dənizdə və enerji infrastrukturuna hücumların dayandırılması – ilkin razılıq kimi nəzərdən keçirilə və gələcək danışıqlar üçün əsas ola bilər.  

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Mart 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri