Icma.az
close
up
RU
Makroxarakteristika: qapalı və hiyləgər

Makroxarakteristika: qapalı və hiyləgər

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Fransızlar, doğrudan da, qəribə millətdir. Belə məlum olur ki, onlar üçün istənilən xarakterli macəra, hətta siyasi xarakterli olsa belə, çox maraqlıdır. Onlardan ötrü məsxərə və gülüş obyektinin sıravi vətəndaşın, yaxud dövlət başçısının olmasının da fərqi yox imiş. Ölkənin sabiq dövlət başçısı Fransua Ollandın şübhəli fotoşəkillərə görə hansı duruma düşdüyünü xatırlatmaq kifayətdir ki, baməzə fransızlara lap yaxından bələd olasan. On il bundan əvvəl Ollandın Parisin 8-ci rayonunda skuter sürməsini, aktrisa Julie Gayet ilə gizli görüşə hazırlaşmasını o zaman Yelisey sarayının baş katibinin müavini olan Emmanuel Makron da izləyib. Yəni ölkənin birinci şəxsinin imicinin “daxili partlayışa” məruz qalmasının canlı şahidi olib. Deyəsən, indi prezident Emmanuel Makronun özü buna bənzər aqibətlə üzləşməyin narahatlığını yaşamaqdadır. O, medianın obyektivinə tuş gəlib…

Bu barədə Fransanın nüfuzlu nəşrlərindən biri – “Le Monde” məqalə dərc edib. Müəllif yazır ki, Makron Ollandın taleyini təkarlamamaq üçün özəl həyatı ilə bağlı hər şeyi yeddi pərdə arxasında saxlamağa çalışır. Məqalədə oxuyuruq: “İndi ən yaxın çevrəsinin ölkə başçısının hərəkət və davranışlarını xarakterizə etmək üçün işlətdiyi epitetlər bunlardır: “hiper qapalı”, “ehtiyatlı və hiyləgər”, “sirli persona”, “son dərəcə paranoik”. Qəzet yazır ki, Makronun on il əvvəlki qalmaqaldan çıxardığı nəticə Fransua Ollandın ehtiyatsız davranması və kifayət dərəcədə qorunmaması ilə bağlıdır.

Makronun şəxsi həyatı ətrafında gizlilik atmosferi yaratmaq ehtiyacını gücləndirən digər hadisə 2017-ci ildə seçki kampaniyası zamanı, o vaxt iddia edildiyi kimi, “rus xakerləri” tərəfindən komandasının elektron ünvanlarının sındırılması ilə bağlıdır. Doğrudur, bu, onun seçkini udmasına əngəl törətməsə də, bunun ardınca arvadı Bricit ilə münasibətləri kontekstində aldığı zərbələrdən Makron xeyli əziyyət çəkməli olmuşdu. Qəzet yazır ki, məhz o dönəmdən etibarən Yelisey sarayında həyat həmişəkindən daha sirli və qapalı davam edir. Olland qalmaqalını unutmayan Makron şübhəli imicə malik ünvanlardan yan keçir, adətən, Parisin səkkizinci deyil, VI, VII və XV rayonlarındakı adi restoranlara gedir. O, özünə zalın sonunda masa seçir, arxasını divara söykəyərək mühafizəçilərin nəzarəti altında nahar edir.

Bundan başqa, kənardakı hərəkət və davranışı ilə bağlı məlumatların Daxili İşlər Nazirliyinə ötürülməsini məhdudlaşdıran Makron Yelisey sarayında keçirilən qapalı görüşlərdə daha geniş və lüzumsuz açıqlamalardan yayınır. Prezident administrasiyasının əməkdaşları Makronu “gözdən sala biləcək” araşdırmalar aparan media qurumlarını və jurnalistləri ləkələməyə, onları şantaj etməyə çalışırlar. “Le Monde” iddia edir ki, çinovniklər sosial şəbəkələrdə belələrinə qarşı mütəşəkkil kampaniyalar təşkil edirlər. Nəşr prezident ofisinin rəhbəri Patris Fordurun Makrona qarşı media hücumlarına nəzarət etmək üçün mütəmadi olaraq Təhlükəsizlik Departamentini toplayır.
Makronun özünəməxsus hiyləgər üsullarla ətrafından gizlənməsi, qapalı həyat keçirməyə çalışması barədə yazan təkcə “Le Monde” deyil. Bu cəbhədə vaxtilə müsyö prezidenti göylərə qaldıran “Le Fiqaro” da hərdən yer alır. Bir müddət bundan əvvəl bu qəzet bizim üçün birbaşa maraq kəsb edən mövzunu qabardıb. Nəşr Yelisey sarayının “Qarabağ planı”nın iflasa uğramasına görə məhz prezident Emmanuel Makronun təqsirkar olduğunu bəyan edib. Diqqətli oxucuların xatirində olar. 2022-ci ilin lap sonlarında Fransa və Ermənistanın bizim ekofəalların Laçın–Xankəndi yolundakı dinc etiraz aksiyasını bəhanə edərək Azərbaycana qarşı başlatdıqları “ideoloji-dez” hücumunun iflasa uğraması kiçik hadisə deyildi. İki il əvvəl “cüt bacılar” riyakarcasına ictimai rəyi azdıraraq hayların torpaqlarımızda ekosidinə qarşı dinc aksiyanı Xankəndidəki xunta rejimini, Bakının, guya, “blokada”ya almaq, “humanitar fəlakət yaratmaq planı” kimi qələmə verməyə çalışırdılar. Hətta buna görə BMT Təhlükəsizlik Şurasının iclasını çağırmışdılar. Fəqət, Fransanın təkəbbürlü lideri BMT TŞ-da məlum bəyannaməni qəbul etdirəcəyinə, sonra onu qətnaməyə çevirə biləcəyinə əmin olsa da, istədiyi olmadı. Yelisey sarayının məkrli planlarından birini həmin “Le Fiqaro” ifşa etmişdi. Çünki burada qapalı və gizli saxlanması mümkün olmayan gerçəklik üzə durmuşdu.

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçı-terrorçu rejimin, qanunsuz erməni silahlıların tərksilah edilməsi, onların sığındığı “boz zona”nın ləğv olunması üçün lokal antiterror tədbirinə vaxtında qərar verməklə suverenliyimizi bərpa etdi. Bunu yaxşı anlayan Fransız qəzeti Makronun qurduğu hiyləgər oyunun acı aqibətinin obyektiv səbəblərini açıqlamışdı. Onsuz da bədniyyətli planlar gizli şəxsi əlaqələr kimi, gec-tez faş olur.

Əslində, bu çılpaq həqiqəti Yelisey sarayındakılardan daha əvvəl Ermənistan rəhbərliyi başa düşməli idi. Rəsmi İrəvan, nəhayət, anlamalıdır ki, soydaşlarının paranoik dedikləri Makronun geosiyasi oyunları, hiyləgər gedişləri yalnız Fransanın öz maraqlarına xidmət edir. Haylar qurtuluşu kənardan sifariş verilən havalara oynamaqda deyil, qonşusu ilə sülhə gəlməkdə axtarmalıdırlar.

İ.HƏSƏNQALA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri