Icma.az
close
up
RU
Maksim Medvedev: Ayxan Abbasov ya rəqibləri çox yaxşı təhlil edir, ya da...

Maksim Medvedev: Ayxan Abbasov ya rəqibləri çox yaxşı təhlil edir, ya da...

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində ötən gün Ukraynaya (1:2) qarşı sərgilədiyi oyun nadir hallarda görünüb". Sport24.az xəbər verir ki, bu sözləri "Report"a millinin və "Qarabağ"ın sabiq kapitanı Maksim Medvedev deyib.

O, futbolçuların baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıqlarını vurğulayıb:

"Millinin belə oyununu nadir hallarda görmüşük. Ukrayna yaxşı komandadır, keyfiyyətli futbolçuları var və taktikamız sırf buna uyğun idi. Oyunu müdafiədən qurub sürətli hücumlara çıxmaq cəhdləri bəzi məqamlarda yaxşı alınırdı. Məsələn, qol epizodunu xatırlasaq, Elvin Cəfərquliyevin keçidi və yaxşı ötürməsindən sonra hesabı bərabərləşdirdik. Hiss olunurdu ki, uşaqlar baş məşqçinin tapşırığını yerinə yetirməyə çalışırlar. Baxmayaraq ki, topla çox oynaya bilmirdilər. Üstünlük Ukrayna komandasında idi və oyunu idarə edirdilər. Bu da normaldır. Çünki səfərdə Ukrayna yığmasına qarşı açıq futbol oynamaq çətin olar".

Sabiq müdafiəçi komandanın təhlükəli epizodlar yaratmağa çalışmasının sevindirici məqam olduğunu söyləyib:

"İkinci qoldan sonra millimiz tam başqa - daha fəal və hücumameyilli futbol göstərməyə başladı. İkinci zonada cinah yerdəyişmələri ilə hücumlar qurmağa çalışırdılar. Bəlkə də belə oyun çox adamın xoşuna gəldi, çünki ötürmələrin sayı artmışdı. Konkret təhlükəli epizodlar yaratmağa çalışırdıq ki, bu da sevindirici haldır. Bunu edə bilməyimiz şəxsən mənim xoşuma gəldi. Həm sağ, həm də sol cinah fəal işləyirdi. Komanda hesabda 1:2 geridə olarkən, itiriləcək heç nə qalmadığı üçün hücuma keçirdi. Belədə oynumuz daha məzmunlu alınırdı. İnanıram ki, növbəti qarşılaşmalarda da bunu təkrarlayacağıq. Hiss olunurdu ki, oyunçular vuruşurlar. Hücum qura bilirdik, mübarizə aparırdılar. Belə davam etsə, daha möhkəm milli görəcəyimizə əminəm".

Medvedev Ayxan Abbasov baş məşqçi təyin olunduqdan sonra komandadakı dəyişikliklərlə bağlı fikirlərini də bölüşüb: "Bir çox məşqçi Azərbaycan millisinə gələndə "beşli müdafiə"yə üstünlük verirdi. Amma sırf sistem qurmaq kifayət etmir. Ayxan Abbasov ya rəqibləri çox yaxşı təhlil edir, ya da komandanı düzgün şəkildə başa salır. Futbolçuların vəzifəsini, hansı zonanı bağlamalı və rəqiblərə necə nəzarət etməli olduqlarını anladıb. Bu, meydanda da görünürdü. Məsələn, oyun sağ cinahda davam edəndə, soldakı futbolçu hücuma qoşulurdu. Amma əvvəllər belə hala rast gəlmirdik. Ara ötürmələrindən nadir hallarda istifadə edirdik. Futbolçular hücum zamanı passiv qalırdı. Məncə, əvvəlki sistem qalıb. Baş məşqçi, sadəcə, sistemin detallarını yaxşılaşdırıb deyə, oyun bir qədər fərqli görünür".

Qeyd edək ki, Azərbaycan millisi Polşanın Krakov şəhərində Ukraynaya 1:2 hesabı ilə məğlub olub. Komandalar arasında sentyabrın 9-da Bakıda baş tutan görüş isə 1:1 hesabı ilə nəticələnib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://sport24.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri