Malayziya Enerji Komissiyasının baş icraçı direktoru: COP platformasını yüksək qiymətləndiririk AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 14 noyabr, Aytən Abbaslı, AZƏRTAC
COP kimi qlobal müstəvidə bizə verilən platformanı yüksək qiymətləndiririk, çünki bunun sayəsində biz öz problemlərimizi qlobal arenada səsləndirə bilirik. Beynəlxalq miqyasda həmfikir millətlərlə əməkdaşlıq etmək Malayziya üçün yeni imkanlar açır.
Bu barədə Malayziya Enerji Komissiyasının baş icraçı direktoru Abdul Razib bin Davud AZƏRTAC-a açıqlamasında deyib. O bildirib ki, COP29-da maraqlı tərəflərin birgə fəaliyyətləri ilə çoxtərəfli və müxtəlif istiqamətli irəliləyişlərin əldə ediləcəyinə ümid edir.
Abdul Razib bin Davud, həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya arasındakı "Troyka" missiyasını yüksək qiymətləndirərək, bu missiyanın davam etdirilməsinin vacibliyini qeyd edib. O, iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşdirmənin əhəmiyyətini vurğulayıb və Malayziyanın 2050-ci ilə qədər istixana qazlarının emissiyasını sıfıra endirmək məqsədini qarşısına qoyduğunu və bu məqsədə çatmaq üçün müxtəlif siyasətləri, layihələri və biznes fəaliyyətlərini həyata keçirdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 14 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















