Malayziya Universitetlərinin təhsil imkanlarını əks etdirən sərgi oldu
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Malayziya Səfirliyi “Winning Magnitude” və Lingva Tədris Mərkəzi ilə birlikdə “Malayziya Mədəni Təhsil Sərgisi”nin üçüncü buraxılışını həyata keçirib.
Sfera.az xəbər verir ki, sərgidə Malayziyanın bəzi aparıcı universitetləri, o cümlədən Taylor Universiteti, SEGi Universiteti, İdarəetmə və Elm Universiteti (MSU), Sunway Universiteti və Quest Beynəlxalq Universiteti təmsil olunub.
İştirakçı universitetlərin nümayəndələri sərgi zamanı Malayziyanın multikultural cəmiyyəti, eləcə də sərfəli ali təhsil imkanları barədə məlumat veriblər.
Sərgi azərbaycanlı tələbələr üçün Malayziyanın tanınmış universitetlər ilə tanışlıq üçün uğurlu platforma olub.
Qeyd edək ki, Malayziyada hazırda 131 min beynəlxalq tələbə təhsil alır və 2030-cu ilə qədər bu rəqəmin 250 min tələbə olması hədəflənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 02 Dekabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















