Icma.az
close
up
RU
Malayziyada ASEAN ölkələrinin 46 cı sammiti keçirilir

Malayziyada ASEAN ölkələrinin 46 cı sammiti keçirilir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 26 may, AZƏRTAC

Bazar ertəsi, mayın 26-da Malayziyanın paytaxtı Kuala-Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 46-cı sammiti işə başlayıb.

AZƏRTAC “Malay Mail” nəşrinə istinadla xəbər verir ki, liderlər çağırışları, strateji prioritetləri və regional birliyi möhkəmləndirmək səylərini müzakirə edirlər. İclasa Malayziyanın Baş naziri Ənvər İbrahim sədrlik edir. O, açılış nitqində tarif problemini həll etmək üçün bu il ASEAN-ABŞ sammitinin keçirilməsini tələb etmək məqsədilə ABŞ Prezidenti Donald Trampa məktub yazdığını bildirib. Baş nazir deyib: “Həqiqətən, geosiyasi nizamda keçid davam edir və qlobal ticarət sistemi ABŞ-ın son birtərəfli tariflərinin tətbiqi ilə daha da gərginləşir. Çoxtərəfliliyin bir-birindən ayrı düşdüyünün şahidi olduğumuz üçün proteksionizm yenidən güclənir”.

ASEAN-a üzv ölkələr ABŞ-ın 10-49 faiz arası tarifləri ilə üzləşib, amma Tramp keçən ay tariflərə 90 günlük fasilə elan edib və bu, ölkələri Vaşinqtonla tez bir zamanda danışıqlara başlamağa həvəsləndirib.

Malayziyanın Baş naziri əlavə edib ki, ASEAN böyük dövlətlərin “ixtiyari hərəkətləri” nəticəsində yaranan geosiyasi gərginliyi aradan qaldırmaq üçün lazım olan bütün imkanlara malikdir. Ə.İbrahim Cənub-Şərqi Asiya regionunun böyümək üçün həmişə inklüzivliyə, qanunun aliliyinə və açıq ticarətə arxalandığını, lakin “rifahın indi təhdid altında olduğunu” qeyd edib. “ASEAN üçün bizim sülh, sabitlik və rifahımız çox vaxt ticarət, kapital və insanların sərbəst hərəkəti ilə bağlı açıq, əhatəli, qaydalara əsaslanan beynəlxalq nizamdan asılı olub. Bu təməllər indi özbaşına hərəkətlərin gücü altında dağıdılır”, -deyə Ənvər İbrahim vurğulayıb.

Sammitin gündəliyinə, həmçinin ASEAN ölkələri liderlərinin ASEAN Parlamentlərarası Assambleyasının üzvləri, gənclər və ASEAN Biznes Məsləhət Şurasının nümayəndələri ilə interfeysi daxildir.

Müzakirələrin sonunda Kuala-Lumpur Bəyannaməsi imzalanacaq.

Xatırladaq ki, 1967-cu ildə Banqkokda təsis edilən ASEAN İndoneziya, Vyetnam, Laos, Bruney, Tailand, Myanma, Filippin, Kamboca, Sinqapur və Malayziyadan ibarət 10 üzv ölkəni birləşdirən beynəlxalq hökumətlərarası təşkilatdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri