Icma.az
close
up
RU
Bakıda növbəti “Malayziyada Təhsil” sərgisi keçirilir

Bakıda növbəti “Malayziyada Təhsil” sərgisi keçirilir

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda “Keyfiyyət, təhlükəsizlik və əlçatanlıq” mövzusunda 4-cü  “Malayziyada Təhsil” sərgisi keçirilir.

525.az xəbər verir ki, sərgiyə qatılan  Malayziyanın aparıcı universitetləri  azərbaycanlı tələbələrə təhsil imkanlarını təqdim edib.

Sərgidə Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza çıxış edərək ölkəsində təhsilin əsas xüsusiyyətləri və üstünlükləri barədə məlumat verib.

“Malayziyada Təhsil” sərgisini hər il təşkil etdiklərinə görə təşkilatçılar – “Lingva Language School Baku” və “Winning Magnitude of Malaysia” təşkilatlarına təşəkkürünü bildirib.

“2022-ci ildə ilk təhsil sərgisinin təşkilindən etibarən, səfirlik Azərbaycanın ərazisində Malayziyanın dünya səviyyəli təhsil imkanlarını tanıtmaq öhdəliyinə sadiq qalıb. Bu il artıq 4-cü dəfə keçirilən sərgi çərçivəsində Malayziyanın ən yaxşı ali təhsil müəssisələrini Azərbaycan tələbələrinə təqdim etməkdən qürur duyuruq. Malayziya təhsilə yalnız milli inkişafın mühərriki kimi deyil, eyni zamanda, beynəlxalq əməkdaşlığı təşviq edən və xalqlar arasında əlaqələri gücləndirən açıq və inklüziv bir mühit kimi yanaşır. Biz hər kəs üçün əlçatan olan, gələcəyə yönəlmiş və qlobal səviyyədə tanınan müxtəlif təhsil sistemi təklif etməkdən qürur duyuruq”, - diplomat deyib.

O əlavə edib ki, hazırda Malayziyada 150-dən çox ölkədən 133 mindən artıq beynəlxalq tələbə təhsil alır:

“Ali təhsil müəssisələrimiz informasiya texnologiyaları (İT), mühəndislik, biznes, tibb, İslam maliyyəsi və mehmanxana menecmenti kimi əsas sahələr üzrə geniş proqramlar təqdim edir. Bu proqramlar ciddi beynəlxalq akkreditasiya standartlarına cavab verən dövlət və özəl universitetlər tərəfindən təklif olunur. Təhsil əsasən ingilis dilində aparılır, təhsil haqları münasibdir və bütün bunlar təhlükəsiz, çoxmədəniyyətli bir mühitdə həyata keçirilir. Azərbaycanlı tələbələr arasında, xüsusilə kompüter elmləri, İT, biznes və yeni texnologiyalar da daxil olmaqla rəqəmsal iqtisadiyyata uyğun ixtisaslara marağın artması bizi sevindirir.

Eyni zamanda, Azərbaycan universitetləri, təhsil müəssisələri və agentlikləri ilə birgə elmi-tədqiqat layihələri və tələbə mübadiləsi proqramları kimi akademik tərəfdaşlıqların genişləndirilməsini səbirsizliklə gözləyirik. Bu əməkdaşlıqlar artıq müsbət nəticələr verib və gələcək inkişaf üçün böyük potensial vəd edir”.

Səfir bildirib ki, xaricdə təhsil prosesini anlamaq bəzən mürəkkəb ola bilər. Bu səbəbdən, Malayziya azərbaycanlı tələbələr üçün xüsusi dəstək xidmətləri, aydın müraciət mexanizmləri və məsləhət proqramları təqdim edir ki, onların Malayziyaya uyğunlaşması və uğurlu təhsil alması təmin edilsin:

“Hər kəsi Malayziyanı yalnız keyfiyyətli təhsil məkanı kimi deyil, eyni zamanda, qlobal imkanlara açılan bir qapı kimi görməyə çağırıram. Biz sizi səmimi qəlbdən qarşılamağa, akademik məqsədlərinizi dəstəkləməyə və gələcək uğurlarınıza töhfə verməyə hazırıq”.

Sərgidə Universiti Putra Malaysia (UPM), Sunway University, SEGi University, Taylor’s University, Management and Science University (MSU), Quest International University və Universiti Teknologi Malaysia (UTM) iştirak edirlər. Universitet nümayəndələri təhsil proqramları, qəbul tələbləri və tam təqaüd imkanları da daxil olmaqla ətraflı məlumat təqdim ediblər. 

Malayziya yüksək keyfiyyətli təhsil, güclü beynəlxalq reytinqlər, təhlükəsiz və qonaqpərvər mühit, münasib yaşayış xərcləri və Azərbaycan vətəndaşları üçün viza rejiminin olmaması ilə seçilərək, ali təhsil üçün çox cəlbedici ölkə hesab olunur.

Tədbirdə bildirilib ki, hazırda Malayziyada 50-dən çox azərbaycanlı tələbə təhsil alır və bu, Malayziya ali təhsilinə artan marağı nümayiş etdirir. Eyni zamanda, son illər bütün dünyada Malayziyada təhsilə maraq artıb.

Malayziya tibb, kompüter elmləri, mühəndislik, hüquq, biznes, kibertəhlükəsizlik və süni intellekt, psixologiya, memarlıq daxil olmaqla, 100-lərlə istiqamət üçün bakalavr, magistr və doktorluqtəhsili almaq olar. Malayziya universitetləri yüksək reytinqlə yanaşı, praktiki dərs proqramları, müasir laboratoriyaları və kampusları və çağdaş əmək bazarının tələblərinə operativ uyğunlaşmaları ilə fərqlənirlər. Bu səbəbdən universitetlərin işə düzəlmə əmsalı 90 faiz üzərindədir.  

Sərgi akademik əməkdaşlığın gücləndirilməsinə və azərbaycanlı tələbələr üçün beynəlxalq səviyyədə tanınan təhsil imkanlarının genişləndirilməsinə xidmət edir.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Noyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri