Malazgirt döyüşünün 955 ci ildönümü qeyd olunacaq
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 23 avqust, AZƏRTAC
Türkiyənin Bitlis vilayətinin Ahlat rayonunda Anadolunun qapılarını türklərə açan Malazgirt döyüşünün 955-ci ildönümünün qeyd olunması məqsədilə həyata keçirilən hazırlıq işləri yekunlaşıb.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, tarixin gedişatını dəyişən qələbənin ildönümü münasibətilə rayonun Çarho bölgəsindəki Rəcəb Tayyib Ərdoğan adına Ahlat Milli Parkında genişmiqyaslı tədbirlər planlaşdırılıb.
Parkda Səlcuqlu motivləri ilə bəzədilmiş ənənəvi "Xan Otağı" və 50 tematik çadır qurulub. Avqustun 23-dən 25-dək davam edəcək tədbirlər çərçivəsində atlı oxatma, kökbörü, atçılıq akrobatikası, güləş, həmçinin əl işləri bazarı, kaman və ox emalatxanası, yerli məhsul köşkləri fəaliyyət göstərəcək. Türk və digər qardaş xalqların bayraqları ilə bəzədilən park Səlcuq mədəniyyətini gələcək nəsillərə ötürməyi hədəfləyir.
Üç gün davam edəcək proqrama kökbörü final matçı, həmçinin "SOLOTÜRK" və "Polad Qanadlar" komandalarının nümayişləri daxildir. Bitlis valisi Əhməd Karakaya tədbirlərdə yüksək səviyyəli rəsmi şəxslərin və vətəndaşların iştirak edəcəyini, təhlükəsizlik və təşkilati məsələlərin tam təmin olunduğunu bildirib. Milli birliyi və qardaşlığı təbliğ edən bu möhtəşəm bayram ictimaiyyətin hər bir təbəqəsi üçün açıq olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 23 Avqust 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















