Icma.az
close
up
RU
Maliyyə çevikliyi, yoxsa psixoloji tələlər? Kredit kartlarının ikiüzlü təsiri (ARAŞDIRMA)

Maliyyə çevikliyi, yoxsa psixoloji tələlər? Kredit kartlarının ikiüzlü təsiri (ARAŞDIRMA)

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların sayı ilbəil artır. Bu, Mərkəzi Bankın açıqladığı məlumatlarda da özünü göstərir. 

Bu ilin 8 aylıq statistikasına nəzər salsaq, görərik ki, həmin dövr ərzində kredit kartları ilə aparılan əməliyyatların həcmi 6 milyard 488 milyon manat təşkil edib. Bu göstərici isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18.5% və ya 1 milyard 13 milyon manat artıb.

Ekspertlər düşünür ki, kredit kartlarına olan marağın artmasının əsas səbəbləri arasında iqtisadi davranışlarla bərabər, psixoloji səbəblər də var. 

Qaynarinfo mövzunu maliyyə eksperti İsmayıl Məmmədov və Psixologiya Elmi Tədqiqat İnstitunun sədri Elnur Rüstəmov ilə müzakirə edib. 

Bu həm də müasir maliyyə davranışının dəyişməsidir

Maliyyə eksperti İsmayıl Məmmədov bildirir ki, kredit kartları ilə əməliyyatların açılması ilə bağlı açıqlanan rəqəmlər cəlbedici səslənsə də, bu artım təkcə istehlak marağı ilə yox, müasir maliyyə davranışının dəyişməsi ilə bağlıdır:

"Dünyanın aparıcı iqtisadiyyatlarında kredit kartları çoxdan təkcə "borc aləti” deyil, likvidlik və maliyyə planlaşdırma vasitəsi kimi qəbul olunur.

Bu tendensiya artıq Azərbaycanda da formalaşır. Rəqəmsal ödənişlər, "cashback”, "taksit”, "miles” kimi modellər insanların kartlara olan münasibətini dəyişib”.

Həmsöhbətimiz vurğulayır ki, əgər bir neçə il öncə kredit kartı borclanma simvolu idisə, bu gün o, gündəlik həyatın rahatlıq alətidir:

"Bu dəyişiklik həm bank sektorunun məhsul innovasiyalarına, həm də Mərkəzi Bankın rəqəmsal ödəniş ekosistemini inkişaf etdirməsinə bağlıdır. Kredit kartı – girovsuz, daim açıq və tam çevik məhsuldur”.

Yüksək faiz həm də riskin dəyəridir

İsmayıl Məmmədov onu da əlavə edir ki, kredit kartları bank üçün ən yüksək likvidlik riski deməkdir:

"Müştəri istənilən an borc götürə və ödənişi gecikdirə bilər. Bu riskin idarəsi faizdə əks olunur. Yəni yüksək faiz – bankın əlavə qazanc istəyi deyil, riskin dəyəridir. Bu faizlər müştərinin məsuliyyətli istifadəsi halında ümumiyyətlə ödənmir. Çünki kredit kartında "grace period” (faizsiz dövr) mövcuddur. Müştəri borcu vaxtında ödədikdə faiz sıfırdır. Yəni məsuliyyətli davranış bankla müştərinin maraqlarını birləşdirir”.

Kredit kart istifadəçiləri harda səhv edir?

Kart istifadəçilərinin əsas səhvləri haqqında danışan maliyyə eksperti deyir ki, həmin müştərilərin etdiyi bir neçə əsas səhv var:

"Bunlardan biri minimum ödənişlə kifayətlənməkdir. Bu, borcun uzun müddət yığılmasına səbəb olur. Əslində, kart yalnız təcili və qısamüddətli ehtiyac üçün nəzərdə tutulmalıdır. Daha bir səhv nağdlaşdırma əməliyyatlarından sui-istifadə halıdır. Belə olanda kartdan nağd pul çəkmək əlavə komissiya və faizlə nəticələnir.

Ən böyük səhvlərdən biri isə vaxtında ödəniş etməməkdir. Cəmi bir günlük gecikmə belə əlavə faiz və mənfi kredit tarixçəsi deməkdir. Kredit kartlarına qoyulan limitə psixoloji bağlılıq da səhv hesab oluna bilər. Bəzi müştərilər limitin "əlində olan pul” kimi düşündüyü üçün planlaşdırmadan xərcləyir. Halbuki bu, gələcəyin xərcləridir”.

Kredit kartları üçün banklara müraciət edən şəxsləri maraqlandıran suallardan biri də bankların həmin kartlara limiti necə təyin etməsidir. Müştərilər üçün bu limit necə təyin olunur?


Bankların ən etibarlı müştəriləri kimlərdir?

Ekspert deyir ki, banklar artıq hər müştərinin gəlirini, xərclərini, digər borclarını analiz edərək fərdi limit təyin edir ki, bununla da borclanma daha ağıllı, daha idarəolunan hala salınır.

Kredit kartları ilə aparılan əməliyyatların aparılmasının bank sektoruna təsirləri haqqında danışan İsmayıl Məmmədov vurğulayıb ki, bank sektoru kredit kartı əməliyyatlarının artımını iqtisadi aktivliyin göstəricisi kimi dəyərləndirir:

"Çünki hər əməliyyat, hər ödəniş – dövriyyədə olan pulun şəffaflaşması və vergi bazasının genişlənməsi deməkdir. Müasir bankçılıqda "riskin idarə olunması” prinsipi "riskdən qaçmaqdan” daha vacib sayılır. Yəni məqsəd kartı məhdudlaşdırmaq deyil, müştərinin onu düzgün idarə etməsinə dəstək olmaqdır. Məhz buna görə bir çox banklar, maliyyə savadlılığı proqramları həyata keçirir. Çünki bankın ən etibarlı müştərisi o şəxsdir ki, borc almasını da, ödəməsini də düzgün idarə edə bilir”.

Maliyyəçi ekspert son olaraq əlavə edib ki, kredit kartı artıq "borc aləti” yox, maliyyə çevikliyi alətidir:

"Bu, insanların həyat keyfiyyətini yüksəldir, istehlakı tənzimləyir, iqtisadi dövriyyəni sürətləndirir. Əsas məsələ odur ki, hər bir vətəndaş kredit kartına məsuliyyətli münasibət formalaşdırsın. Məsuliyyətli istifadə həm bankın sabitliyini, həm də müştərinin maliyyə təhlükəsizliyini təmin edir”.

Kredit kartlarına marağın artması – "psixoloji məsafə effekti”

Psixologiya Elmi Tədqiqat İnstitunun sədri, psixoloq Elnur Rüstəmov isə bildirir ki, insanların kredit kartlarına, bu kartlarla olan əməliyyatlara marağının artması elmdə "psixoloji məsafə effekti” ilə izah olunur:

"Bu fenomenə görə, nağd alış-veriş zamanı insanın cibindən çıxan pul konkret və görünən olduğundan o, real itkini hiss edir. Amma kart və ya rəqəmsal ödəniş zamanı pul simvolikləşib, "rəqəm” forması aldığından insanın beynində "itki ağrısı” sanki zəifləyir”.


Elnur Rüstəmov əlavə edib ki, neyroiqtisadi tədqiqatlar da qeyd edirlər ki, kartla ödəniş zamanı beynin "ağrı mərkəzi” daha az aktivləşir:

"Başqa sözlə, pul xərcləməyin verdiyi narahatlıq hissi azalır, bu da insanda daha çox alışa, impulsiv xərcləməyə səbəb olur. Bundan başqa, kart sistemləri daha çox  "indiki məmnuniyyət-gələcək öhdəlik” prinsipi ilə işləyir. Yəni insanlar bu gün alış-verişdən emosional zövq alır, ödəniş isə gələcəyə ötürülür. Bu da onlarda "gecikdirilmiş məsuliyyət” effektini yaradır”.

Kredit kartları – azadlıqdan nəzarətsizliyə gedən yol

Psixoloq vurğulayıb ki, insanın şəxsiyyət tipindən, maliyyə davranışı vərdişlərindən asılı olaraq kartla ödəniş bir qismində azadlıq, başqa bir qismində isə nəzarətsizlik yarada bilər:

"Belə ki, psixoloji baxımdan kartla ödəniş bir tərəfdən maddi sərbəstlik və rahatlıq hissini gücləndirir, digər tərəfdən isə nəzarətin zəifləməsi və planlaşdırmanın pozulması riskini artırır. Maliyyə intizamı zəif olan insanlarda kart istifadəsi emosional alış-veriş tendensiyasını gücləndirir. Yəni stres, yorğunluq və ya özünü mükafatlandırma ehtiyacı zamanı o insanlarda kart xərcləmələri daha impulsiv olur. Digər mühüm amil isə "təxirə salınmış reallıq” anlayışıdır. Nağd pulda büdcə limiti konkret və vizualdır, kartda isə xərcləmə sərhədi rəqəmsaldır. Bu səbəbdən bəzi insanlar borclanma riskini dərk etmədən məsrəfi artırır, nəticədə nəzarət mexanizmləri zəifləyir”.

Elnur Rüstəmov deyir ki, kart texnologiyaları həyatımızı asanlaşdırsa da, maliyyə savadlılığı və özünüidarəetmə bacarıqları inkişaf etmədiyi halda, bu rahatlıq nəzarətsizliyə çevrilə bilir:

"Psixoloji cəhətdən düzgün yanaşma ondan ibarətdir ki, insan xərclərini vizual şəkildə izləsin (mobil tətbiqlərdə aylıq limitlər təyin etmək və ya "büdcə gündəliyi” aparmaq), kartı vasitə kimi, emosional "güvənlik simvolu” kimi yox, məqsədli alət kimi qəbul etsin. Xüsusən hər ödənişdən öncə "Bu alış mənim real ehtiyacımdırmı” sualını özünə versin. Sualına cavab olaraq bildirim ki, kartla ödəniş nə tam azadlıq, nə də tam risk deməkdir. Bu, davranış mədəniyyəti və psixoloji özünənəzarətin balansında olan bir mexanizmdir. Bu istiqamətdə insanları maarifləndirmək vacib məqamdır”.

Günay İlqarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see165

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see155

İcazə verməyəcəm ki, Çexiya NATO nu tərk etsin Babiş

09 Oktyabr 2025 01:53see153

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see151

Tramp: “Antifa” hərəkatını maliyyələşdirənlərə qarşı tədbir görəcəyik

09 Oktyabr 2025 01:29see149

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see146

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see144

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see144

Koreya yeməkləri sağlamlıq üçün təhlükə yarada BİLƏR

08 Oktyabr 2025 19:47see138

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see136

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see129

Hədəf “Qarabağ”dır: “Atletik” Ağdam klubu ilə oyunadək hücum xəttini bərpa etmək istəyir

09 Oktyabr 2025 01:19see128

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see128

Çeferin Ronaldonu futbol tarixinin üç ən böyük oyunçusundan biri sayır

09 Oktyabr 2025 00:28see127

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see125

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see122

Fransız siyasətçi fon der Leyeni özbaşınalıqda ittiham edib

08 Oktyabr 2025 22:16see122

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see120

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see120

Reşford meydana nə vaxt dönəcək?

08 Oktyabr 2025 23:26see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri