Maliyyə nazirinin birinci müavini: 2026 cı ildə İslam İnkişaf Bankının illik toplantısı Azərbaycanda keçiriləcək
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"2026-cı ildə İslam İnkişaf Bankının illik toplantısı Azərbaycanda keçiriləcək".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda "İnkişaf etməkdə olan bazarlarda islam maliyyəsi üçün rəqabətli mühitin yaradılması: Müxtəlif regionlardan təcrübələr və öyrənilmiş dərslər" mövzusunda aparılan panel müzakirəsində deyib.
O bildirib ki, İslam İnkişaf Bankı, Dünya Bankı və Asiya İnkişaf Bankı ilə əməkdaşlığımız genişlənir:
"Gələn il İslam İnkişaf Bankının illik toplantısı Azərbaycanda keçiriləcək. Bu, həm islam maliyyəsi, həm də halal sertifikatlaşdırma məsələlərini diqqət mərkəzində saxlamaq üçün böyük fürsətdir.
Biz həmçinin 2029-cu ildə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) illik toplantılarına ev sahibliyi etmək üçün namizədlər sırasındayıq və bu ilin dekabrında qiymətləndirmə komissiyasını qəbul edəcəyik".
Anar Kərimovun sözlərinə görə, Azərbaycan təcrübəsi göstərir ki, maliyyə intizamı və etik idarəetmə bir-birini gücləndirir:
"İnnovasiyanı məsuliyyətlə birləşdirsək, həm güclü, həm də etibarlı sistemlər qurarıq.
İslam maliyyəsi, halal biznes və sağlam fiskal siyasətlərin hamısı ədalətli, inklüziv və davamlı rifah yaratmaq məqsədini daşıyır".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 07 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















