Icma.az
close
up
RU
Maliyyə Nazirliyi: Sərbəst büdcə vəsaitləri yalnız sistem əhəmiyyətli banklara yerləşdiriləcək

Maliyyə Nazirliyi: Sərbəst büdcə vəsaitləri yalnız sistem əhəmiyyətli banklara yerləşdiriləcək

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Maliyyə Nazirliyi dövlət büdcəsinin sərbəst vəsaitlərinin yalnız iri banklarda yerləşdirilməsinin səbəbini açıqlayıb.

Maliyyə Nazirliyindən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi müvafiq qaydalarla tənzimlənir. Belə ki, Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları"nın tələblərinə əsasən vahid xəzinə hesabının sərbəst qalığı Azərbaycan Respublikasında bank lisenziyasına malik kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə beynəlxalq kredit reytinqini almış ən iri beş kredit təşkilatında müddətli depozitlərə yerləşdirilə bilər.

Bildirilib ki, depozit hərraclarının keçirilməsinin məqsədi dövlət büdcəsinin sərbəst qalığının effektiv idarə edilməsi ilə büdcəyə əlavə gəlir formalaşdırmaqdır.

Nazirlikdən əlavə edilib ki, vahid xəzinə hesabının qalığında sərbəst vəsaitlər olduqda banklara depozitə yerləşdirilməsi təcrübəsi bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov kiçik və orta bankların da depozit hərraclarında iştirakı məsələsinin Mərkəzi Bank vasitəsilə müzakirə edildiyini bildirmişdi.

Xatırladaq ki, Maliyyə Nazirliyi indiyə kimi iki depozit hərracı keçirib. Bu hərraclarda birüç aylıq yerləşdirmə ilə ümumilikdə 1,5 mlrd. manat həcmində sistem əhəmiyyətli banklara depozit yerləşdirilib. Mərkəzi Bankın son reyestrinə əsasən Azərbaycanda sistem əhəmiyyətli banklar ABB, "Kapital Bank", "PAŞA Bank", "Bank Respublika" və "Unibank"dır. AMB aprel ayında sistem əhəmiyyətli banklar siyasıhında dəyişiklik edib və "Xalq Bank"ı "Unibank"la əvəzləyib. Başqa sözlə, sərbəst xəzinə qalığı vəsaitlərindən növbəti hərraclarda da yalnız sistem əhəmiyyətli banklar istifadə edə biləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 May 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri