Icma.az
close
up
RU
Maliyyə Nazirliyi “S&P Global Ratings”dən ölkə reytinqinin geri götürülməsi məsələsinə aydınlıq gətirib

Maliyyə Nazirliyi “S&P Global Ratings”dən ölkə reytinqinin geri götürülməsi məsələsinə aydınlıq gətirib

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Maliyyə Nazirliyi “S&P Global Ratings” beynəlxalq reytinq agentliyin sonuncu reytinq qiymətləndirməsindən Azərbaycan hökumətinin müraciəti əsasında geri götürülməsi məsələsinə aydınlıq gətirib.

"APA-Economics" xəbər verir ki, Nazirlik bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq kapital bazarlarına çıxışın asanlaşdırılması, borclanma prosedurlarının tənzimlənməsi, beynəlxalq maliyyə dairələri tərəfindən ölkəmizə etimadın daha da gücləndirilməsi məqsədilə 2000-ci ildən etibarən beynəlxalq kredit reytinq agentlikləri ilə əməkdaşlıq edir.

Bu dövr ərzində aparıcı üç beynəlxalq reytinq agentliyi (“Fitch”, “S&P Global Ratings”, “Moody’s”) ilə əməkdaşlıq həyata keçirilmiş, həm rəsmi müqavilə çərçivəsində ödənişli əsaslarla, həm də müqavilə öhdəlikləri olmadan (“unsolicited rating”) agentliklər tərəfindən ölkəmizin suveren kredit reytinqi qiymətləndirilmişdir.

Beynəlxalq təcrübədə bu üç aparıcı beynəlxalq reytinq agentliyindən ikisi tərəfindən qiymətləndirmə geniş tətbiq edilən institusional təcrübədir. Bu təcrübədən çıxış edərək, Azərbaycan son 5 ildə ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsini iki agentlik (“Fitch”, “S&P Global Ratings”) vasitəsilə rəsmi müqavilə üzrə ödənişli əsaslarla, bir agentliklə isə (“Moody’s”) müqavilə öhdəlikləri olmadan, yəni Azərbaycan tərəfindən hər hansı ödəniş edilmədən həyata keçirmişdir.

Bu dövr ərzində Azərbaycan iqtisadiyyatında müşahidə olunan fundamental və davamlı müsbət meyllər fonunda ölkənin kredit reytinqi artmış və 2024-cü ildə “Fitch Ratings”, 2025-ci ildə isə “Moody’s Ratings” agentliyi tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəlmişdir. Belə ki, agentliklər tərəfindən “BBB-” və “Baa3” səviyyəsinə qaldırılan suveren reytinqimiz üzrə növbəti dövr üçün proqnoz da müvafiq olaraq “stabil” və “müsbət” olaraq qiymətləndirilmişdir. Hər iki reytinq agentliyi Azərbaycanın güclü fiskal və xarici mövqeyə malik olmasını, xarici valyuta aktivlərinin əhəmiyyətli artmasını, aşağı dövlət borcu və müsbət büdcə göstəricilərinin iqtisadiyyatın xarici şoklara qarşı dayanıqlılığını təmin etdiyini vurğulayıb.

Reytinq agentlikləri ilə əməkdaşlıq üzrə qeyd olunan beynəlxalq təcrübəyə uyğun olaraq, növbəti dövrdə də rəsmi müqavilə üzrə ödənişli əsaslarla yalnız iki agentliklə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulmuşdur. Əldə olunmuş uğurlar və qarşılıqlı faydalı, effektiv əməkdaşlıq nəzərə alınaraq “Fitch Ratings” və “Moody’s Ratings” agentlikləri ilə imzalanan müqavilələr çərçivəsində ödənişli əsaslarla institusional əməkdaşlığın həyata keçirilməsi təmin olunmuşdur.

İki agentliyin qiymətləndirilməsinin beynəlxalq kapital bazarlarına çıxış və borclanma prosedurlarının tənzimlənməsi üçün kifayət etdiyi nəzərə alınaraq, “S&P Global Ratings” agentliyi ilə əməkdaşlığın müqavilə öhdəliklərindən kənar davam etdirilməsi nəzərdə tutulmuşdur.

Maliyyə Nazirliyi növbəti illərdə də Azərbaycan Respublikasının suveren kredit reytinqinin qiymətləndirilməsi ilə bağlı aparıcı beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığını davam etdirəcək və ölkəmizdə müşahidə olunan fundamental və davamlı inkişafın kredit reytinqlərində əks olunması üçün tədbirlər görəcəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Dekabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri