Maliyyə Nazirliyinin büdcədənkənar vəsaitdən istifadəsi ilə bağlı qayda təsdiqlənib
Icma.az, Operativ MM portalına istinadən məlumat verir.
Nazirlər Kabineti Maliyyə Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə onun xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qayda “Dövlət rüsumu haqqında” Qanunun 4.3-3-cü maddəsinə əsasən təsdiq edilib. Sənədə əsasən, büdcədənkənar vəsait dövlət mülkiyyəti hesab olunur və Maliyyə Nazirliyinin sərəncamında qalır. Onun sərəncamçısı dəyişdirilə bilməz. Bu vəsaitin təyinatına uyğun istifadəsi üçün Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyində xüsusi xəzinə hesabı açılacaq.
Bundan əlavə, büdcədənkənar vəsaitin Maliyyə Nazirliyinin Aparatı və strukturuna daxil olan qurumlar arasında bölgüsü müvafiq əmrlə tənzimlənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 01 Aprel 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















