Maliyyə sektoru üçün etik və peşəkar davranış kodeksi təsdiqlənib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “Maliyyə sektorunda etik və peşəkar davranış Kodeksi” qəbul edilib.
"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir.
Kodeks “2024–2026-cı illər üçün Maliyyə sektorunun inkişafı strategiyası” çərçivəsində maliyyə sektorunda peşəkarlığın artırılması və etik davranış standartlarının vahidləşdirilməsi məqsədilə hazırlanıb.
Kodeks maliyyə sektoru üzrə çalışan bütün peşəkarlar üçün vahid davranış çərçivəsi formalaşdıraraq etik prinsiplərə əməl edilməsində etibarlı istinad mənbəyi yaradır. Sənəd nəzarət subyektləri tərəfindən mövcud daxili kodekslərin təkmilləşdirilməsi, eyni zamanda yeni daxili kodekslərin yaradılması üçün institusional dəstək rolunu oynayır.
Sənəddə 8 etik prinsip, 6 peşəkar davranış qaydası və onların tətbiqinin təmin edilməsi mexanizmi əks olunub. Kodeks peşəkarların müştərilərə, maliyyə sektoru və institutlarına, digər peşəkarlara, qanunvericiliyə, cəmiyyətə və ətraf mühitə qarşı davranış standartlarını müəyyənləşdirir və çoxşaxəli peşəkar məsuliyyət anlayışını gücləndirir.
Bu təşəbbüs maliyyə sektorunda vahid etik və peşəkar davranış standartlarının formalaşmasına, peşəkarların inkişafı üçün münbit və dayanıqlı mühitin qorunmasına, maliyyə sektorunun davamlı inkişafı və sabitliyinin təmininə, həmçinin istehlakçıların maliyyə sektoruna olan etimadının artırılmasına xidmət edir.
Kodeks ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 04 Avqust 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















