Icma.az
close
up
RU
Malvin adaları ətrafında gərginlik artır: Argentina Britaniya və İsrailə nota verdi

Malvin adaları ətrafında gərginlik artır: Argentina Britaniya və İsrailə nota verdi

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mübahisəli Malvin (Folklend) adaları ətrafında Buenos-Ayresin razılığı olmadan neft yataqlarının işlənməsi planlarına etiraz olaraq, Böyük Britaniya və İsrailin Argentinadakı səfirləri ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

Bu barədə sözügedən Cənubi Amerika ölkəsinin XİN-i məlumat yayıb.

"Argentina XİN Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, eləcə də İsrailin səfirlərini rəsmi etiraz notalarının şəxsən təqdim edilməsi üçün dəvət edib. Keçirilən görüşlərdə "Sea Lion" layihəsinin irəliləməsi və bununla bağlı bütün fəaliyyətlər qətiyyətlə pislənilib", - deyə məlumatda vurğulanır.

Nazirlik, həmçinin Britaniya hökumətinin mübahisəli ərazilərdə biznes fəaliyyəti ilə bağlı dərc etdiyi tövsiyələri də qınayıb. Mətndə qeyd olunur:

"Bunun vasitəsilə Birləşmiş Krallıq Malvin, Cənubi Georgiya və Cənubi Sendviç adalarında, eləcə də onlara bitişik dəniz sahələrində qeyri-qanuni kommersiya fəaliyyətini və karbohidrogen hasilatını təşviq etmək niyyətindədir".

Argentina hökumətinin mövqeyinə görə, Böyük Britaniya bu addımları ilə BMT Baş Assambleyasının 31/49 saylı qətnaməsini açıq şəkildə pozur. Həmin sənəd suverenliklə bağlı mübahisənin sülh yolu ilə həlli prosesi başa çatana qədər həm Argentinanı, həm də Birləşmiş Krallığı adalar ətrafındakı vəziyyətə təsir edə biləcək birtərəfli hərəkətlərdən çəkinməyə çağırır.

Sentyabrın 3-də Argentina Prezidenti Xavyer Miley xalqa müraciətində Malvin adaları yaxınlığında neft hasil edən şirkətlərə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə göndərəcəyini bəyan edib. Buna səbəb kimi Britaniyanın "Rockhopper Exploration" və İsrailin "Navitas Petroleum" şirkətləri tərəfindən neft yataqlarının istismarı layihəsinin tezliklə işə salınması göstərilib. Daha sonra Argentina hökuməti mübahisəli ərazidə karbohidrogen hasilatında iştirak edən 60 hüquqi və fiziki şəxsə qarşı sanksiyaların tətbiqi və məhkəməyə müraciət edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

Qeyd edək ki, Malvin (Folklend) adaları sahəsi 12 min kvadrat kilometrdən bir qədər çox olan 2 böyük və 800-ə yaxın kiçik adadan ibarətdir. Əhalisinin sayı isə təxminən 3200 nəfərdir. Artıq iki əsrdir ki, bu ərazilər Argentina ilə Böyük Britaniya arasında ərazi mübahisəsinin mövzusu olaraq qalır. 1982-ci ilin aprelində iki dövlət arasında silahlı münaqişə baş verib. İki aydan artıq davam edən hərbi əməliyyatlarda 649 hərbçisini itirən Cənubi Amerika ölkəsi məğlub olub. Britaniya tərəfinin itkiləri isə 255 nəfər təşkil edib. Argentina BMT mexanizmləri vasitəsilə adaların Böyük Britaniyaya məxsus olmasını mübahisələndirməyə davam etsə də, tərəflər hələlik hər hansı bir kompromisə gələ bilməyiblər. /oxu.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Sentyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri