Icma.az
close
up
RU
Malyuk istefa verməkdən imtina edib, amma... Zelenski əfsanəvi kəşfiyyat rəhbərinə nə təklif edib?

Malyuk istefa verməkdən imtina edib, amma... Zelenski əfsanəvi kəşfiyyat rəhbərinə nə təklif edib?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyuk vəzifəsindən getdiyini bəyan edib.

“AzPolitika" bildirir ki, bununla bağlı açıqlama SBU-nun rəsmi “Telegram” kanalında dərc olunub.

Malyuk bildirib ki, SBU sistemində qalaraq “dünya səviyyəli asimmetrik xüsusi əməliyyatların” həyata keçirilməsində iştirakını davam etdirəcək. O vurğulayıb ki, bu əməliyyatlar bundan sonra da düşmənə maksimum zərər vurmağa yönələcək.

“Güclü və müasir xüsusi xidmət orqanı dövlətimizin təhlükəsizliyinin əsas təminatıdır. Prezidentin müdafiə sahəsində həyata keçirdiyi dəyişikliklər də məhz buna xidmət edir. Mən bu etimada görə ona təşəkkür edirəm”, – deyə Malyuk qeyd edib.

“Ukrainskaya Pravda” nəşri mənbələrə istinadən yazır ki, Malyukun istefa qərarı Prezident Volodimir Zelenski ilə məsləhətləşmələrdən sonra qəbul olunub. Məlumata görə, o, əvvəllər davam edən xüsusi əməliyyatları əsas gətirərək istefa ərizəsi yazmaqdan imtina edib. Lakin sonradan vəziyyəti gərginləşdirməmək və dövlətə zərər vurmamaq üçün vəzifədən getməyə razılaşıb.

Prezident Zelenski sosial şəbəkələrdə Malyukla mümkün varislər barədə müzakirə apardığını bildirib. O, eyni zamanda Malyuka Ukraynanın asimmetrik əməliyyatlar istiqamətini “dünyanın ən güclüsü”nə çevirməyi təklif edib.

“İşğalçıya və Rusiya dövlətinə qarşı daha çox Ukrayna asimmetrik əməliyyatı olmalıdır. Düşmənin məhv edilməsi istiqamətində daha güclü nəticələr əldə etməliyik”, – deyə Zelenski vurğulayıb. 

O, Malyukun bu istiqamətdə SBU sistemində fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Malyukun istefasının qüvvəyə minməsi üçün Ali Radanın təsdiqi tələb olunur. Keçid dövründə, “Ukrainskaya Pravda”nın məlumatına görə, SBU-ya müvəqqəti rəhbər təyin oluna bilər. Potensial namizədlər arasında hazırkı güc strukturlarının rəhbərlərinin adları çəkilir.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri