Mamuka Mdinaradze: Oktyabrın 4 də Gürcüstanda seçkilər ləyaqətlə keçiriləcək
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Tbilisi, 2 oktyabr, AZƏRTAC
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) oktyabrın 4-də bəzi qüvvələrin ölkədə təxribatlar törədəcəyi barədə məlumatlar daxil olub. Mən onları bu fikirdən daşınmağa çağırırıam və heç kimə bu barədə hətta düşünməyi belə məsləhət görmürəm, çünki çox sərt cavab alacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan DTX-nin rəhbəri Mamuka Mdinaradze mətbuata açıqlamasında bildirib.
O deyib ki, bir neçə qrup ictimaiyyətin qəzəbinə səbəb olacaq hərəkətləri ciddi şəkildə müzakirə edir. “Bu qətiyyən yolverilməzdir. Etiraz etmək istəyənlər bunu qanun çərçivəsində etsinlər. Oktyabrın 4-də Gürcüstanda seçkiləri ləyaqətlə keçirəcək və çağırışların öhdəsindən gəlinəcək” – deyə DTX-nin rəhbəri vurğulayıb.
Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 02 Oktyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















