Icma.az
close
up
RU
Manana kimdir? Gürcü gözəlinin Bakını seçmə SƏBƏBLƏRİ

Manana kimdir? Gürcü gözəlinin Bakını seçmə SƏBƏBLƏRİ

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Lent.az “Bioqrafiya” rubrikasında 28 ildir Bakıda yaşayan gürcüstanlı müğənni Əməkdar artist Manana Çaparidzedən bəhs edir.

- Manana nə zaman və harada anadan olub?

Manana Caparidze 1978-ci il dekabrın 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olub. 

- Manananın musiqi təhsili var?

İlk dəfə səhnəyə 5 yaşında çıxıb. Gürcüstanda populyar olan "Toliya" və "Çiora " uşaq kollektivlərinin solisti kimi çıxış edib. Orta məktəblə paralel vokal sinfi üzrə Tbilisi İncəsənət Gimnaziyasını bitirib.
1995-2000-ci illərdə Almaniya Müasir İncəsənət, Caz və Şou-biznes Akademiyasının Tbilisi filialının vokal şöbəsində təhsil alıb. 1996-cı ildə Gürcüstanın Borjomi şəhərində keçirilən "Büllur şam ağacı" gənc ifaçılar müsabiqəsinin qalibi, 1997-ci ildə Moskvada "Büllur not" beynəlxalq gənc ifaçılar müsabiqəsinin laureatı olub. Manana azərbaycanca, rusca, gürcücə, ingiliscə mahnılar ifa edir.

 - Manana  Bakıya nə zaman gəlib?

1998-ci ilin axırında Manana Bakıya gəlib. Burda onun müğənnilik fəaliyyəti başlayıb. 2000-ci ilin əvvəlində Manananın "Sənə verdim ürəyimi" adlı ilk albomu işığ üzü görür. - Manana hansı müsabiqələrdə iştirak edib?

1999-cu ildə Alma-Atada "Asiyanın Səsi" festivalında "Qran-pri"yə layiq görülüb. Həmin il Ukraynada "Slavyanskiy bazar" festivalının qalibi olub. Praqada keçirilən "UNIVERSTALENT - 2000" festivalının laureatı, 2000-ci ildə Şanxayda keçirilən "GOLDEN VOICE OF ASIA" müsabiqəsinin "Qran-pri" sahibi seçilib. 2001-ci il Moskvada "Şire kruq" televiziya musiqi müsabiqəsinin qalibi olub. 2015-ci ildən The Voice müsabiqəsinin Azərbaycan versiyası olan Səs Azərbaycan yarışmasının münsifidir.

- Manana Bakıda konsert verib?

Manana Azərbaycanda iki dəfə solo-konsert verib. Birinci konsert 2000-ci ilin mart ayında, Heydər Əliyev adına sarayda keçirilib, ikinci konsert isə 2002-ci ildə, "Şəhriyar" adına konsert salonunda olub. Manana bir neçə Avropa ölkələrində də konsert proqrammı ilə çıxış edib. 

- Manana ailəlidir?

Müğənni 2008-ci ilin əvvəlində ailə həyatı qurub. Əri Georgi Qabalev biznesmendir. Gürcüstanda otel biznesi var. Amma əsasən Bakıda yaşayır.  İki övladı var- Elizabet və David. Uşaqları ötən ildən Gürcüstanda yaşayır.
Bu barədə o belə danışıb: “Övladlarım Gürcüstanda məktəbə gedirlər. Qızım Elizabet böyük, oğlum David isə kiçikdir. Mən Bakıda yaşasam da çox tez-tez görüşürük. Övladlarım Bakıya gəlirlər, yaxud mən Gürcüstana gedirəm.

Oğlum da, qızım da musiqi ilə məşğul olur. Amma bu yalnız onların dünyagörüşü üçündür. Əgər istedadları varsa, musiqini dərindən bilməlidirlər. Oğlum 9 yaşındadır. İdmanla da məşğul olur. O, məktəbdə yüksək qiymətlərlə oxuyur, əlaçıdır. Qızım da əlaçıdır, ingilis dillidir. On beş yaşlı qızımın uğurları çoxdur. Özü diplomat olmaq istəyir. Eyni zamanda mahnı oxuyur, rəqs edir. Həkimlik sahəsindən başqa özünü bütün sahələrdə görür - iqtisadçı, menecer, hüquqşünas, diplomat, səfir və sair. Biz valideyn kimi seçim etməkdə tələsmirik, əsas odur, əlaçıdır, çalışqandır. Həmişə mənə deyir Kİ, Ana, elə yaşayacam ki, sən də, atam da mənimlə fəxr edəcəksiniz. Oğlum da belədir. Biz valideyn kimi onları dəstəkləyirik və dua edirik ki, yolları açıq olsun”.

- Azərbaycana sevgi, maraq Mananada haradan yaranıb?

Bu barədə özü belə danışıb: “Mən artıq 28 ildir ki, Azərbaycandayam. 28 il bundan əvvəl Azərbaycan haqqında çox şey bilmirdim.  Müğənnilərdən təkcə Zeynəb Xanlarovanı tanıyırdım. Evdə həmişə atam, babam onun mahnılarına qulaq asırdı. Mən də uşaq idim, Zeynəb xanımın mahnılarını zümzümə edirdim. Böyük arzum idi ki, müğənni olum.

İlk dəfə "Kinoklub" verilişindən tanındım.  Verilişin rəhbəri Etibar Babayev səsimin gözəl olduğunu bildirib məni verilişə dəvət etdi. O zaman 16-17 yaşım var idi. Həmin verilişdə iştirak edərkən mən qətiyyən sizin dildə danışa bilmirdim, heç nə başa düşmürdüm. Verilişin qonaqları alqış edəndə mən də alqışlayırdım, güləndə gülürdüm. Özümə müəllim tutmuşdum. Amma müəllimdən də əlavə çalışırdım ki, insanlarla çox ünsiyyətdə olum. Hətta xahiş edirdim ki, mənimlə rus yox, Azərbaycan dilində danışsınlar. Səhər-axşam qəzetlər, kitablar oxuyurdum. İndi daha qonaq yox, azərbaycanlıyam. Evimiz buradadır. Gürcüstana getsəm də yenə bura qayıdıram. Gürcüstana gedəndə də Azərbaycanı təmsil edirəm. Oradakı verilişlərdə qonaq olarkən hamını Azərbaycan dilində salamlayıb, bu dildə mahnı oxuyuram.”

Noyabrın 18-də Manananın anası Makvala xanım vəfat etdi. Əməkdar artist bu ağır itkidən sarsıldı. Anası barədə son paylaşımında “Mənim sevimli, əziz, misilsiz anam, qoruyucu mələyim, öz mehriban ürəyini və dualarını mənə buraxdı. Onun nurlu ruhu isə atam və qardaşımladır. Ana, sevginə, qayğına ,mənə verdiyin həyata, mənə etdiyin hər şeyə görə, sənə təşəkkür edirəm. Sən əbədi mənimlə və ürəyimdə, canımda, dualarımda qalacaqsan. Bu cür misilsiz anaya, qoruyucu mələyə görə, uca Allaha təşəkkür edirəm” yazaraq onu əbədiyyətə yola saldı.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see278

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see244

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see235

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see233

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see233

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see232

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see228

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see216

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see211

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see209

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see208

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see208

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see194

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see186

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see182

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see180

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see178

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see173

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see163

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri