Icma.az
close
up
RU
Manana kimdir? Gürcü gözəlinin Bakını seçmə SƏBƏBLƏRİ

Manana kimdir? Gürcü gözəlinin Bakını seçmə SƏBƏBLƏRİ

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Moderator.az xəbər verir ki, Lent.az “Bioqrafiya” rubrikasında 28 ildir Bakıda yaşayan gürcüstanlı müğənni Əməkdar artist Manana Çaparidzedən bəhs edib.

- Manana nə zaman və harada anadan olub?

Manana Caparidze 1978-ci il dekabrın 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olub. 

- Manananın musiqi təhsili var?

İlk dəfə səhnəyə 5 yaşında çıxıb. Gürcüstanda populyar olan "Toliya" və "Çiora " uşaq kollektivlərinin solisti kimi çıxış edib. Orta məktəblə paralel vokal sinfi üzrə Tbilisi İncəsənət Gimnaziyasını bitirib.

1995-2000-ci illərdə Almaniya Müasir İncəsənət, Caz və Şou-biznes Akademiyasının Tbilisi filialının vokal şöbəsində təhsil alıb. 1996-cı ildə Gürcüstanın Borjomi şəhərində keçirilən "Büllur şam ağacı" gənc ifaçılar müsabiqəsinin qalibi, 1997-ci ildə Moskvada "Büllur not" beynəlxalq gənc ifaçılar müsabiqəsinin laureatı olub. Manana azərbaycanca, rusca, gürcücə, ingiliscə mahnılar ifa edir.

 - Manana  Bakıya nə zaman gəlib?

1998-ci ilin axırında Manana Bakıya gəlib. Burda onun müğənnilik fəaliyyəti başlayıb. 2000-ci ilin əvvəlində Manananın "Sənə verdim ürəyimi" adlı ilk albomu işığ üzü görür. - Manana hansı müsabiqələrdə iştirak edib?

1999-cu ildə Alma-Atada "Asiyanın Səsi" festivalında "Qran-pri"yə layiq görülüb. Həmin il Ukraynada "Slavyanskiy bazar" festivalının qalibi olub. Praqada keçirilən "UNIVERSTALENT - 2000" festivalının laureatı, 2000-ci ildə Şanxayda keçirilən "GOLDEN VOICE OF ASIA" müsabiqəsinin "Qran-pri" sahibi seçilib. 2001-ci il Moskvada "Şire kruq" televiziya musiqi müsabiqəsinin qalibi olub. 2015-ci ildən The Voice müsabiqəsinin Azərbaycan versiyası olan Səs Azərbaycan yarışmasının münsifidir.

- Manana Bakıda konsert verib?

Manana Azərbaycanda iki dəfə solo-konsert verib. Birinci konsert 2000-ci ilin mart ayında, Heydər Əliyev adına sarayda keçirilib, ikinci konsert isə 2002-ci ildə, "Şəhriyar" adına konsert salonunda olub. Manana bir neçə Avropa ölkələrində də konsert proqrammı ilə çıxış edib. 

- Manana ailəlidir?

Müğənni 2008-ci ilin əvvəlində ailə həyatı qurub. Əri Georgi Qabalev biznesmendir. Gürcüstanda otel biznesi var. Amma əsasən Bakıda yaşayır.  İki övladı var- Elizabet və David. Uşaqları ötən ildən Gürcüstanda yaşayır.

Bu barədə o belə danışıb: “Övladlarım Gürcüstanda məktəbə gedirlər. Qızım Elizabet böyük, oğlum David isə kiçikdir. Mən Bakıda yaşasam da çox tez-tez görüşürük. Övladlarım Bakıya gəlirlər, yaxud mən Gürcüstana gedirəm.

Oğlum da, qızım da musiqi ilə məşğul olur. Amma bu yalnız onların dünyagörüşü üçündür. Əgər istedadları varsa, musiqini dərindən bilməlidirlər. Oğlum 9 yaşındadır. İdmanla da məşğul olur. O, məktəbdə yüksək qiymətlərlə oxuyur, əlaçıdır. Qızım da əlaçıdır, ingilis dillidir. On beş yaşlı qızımın uğurları çoxdur. Özü diplomat olmaq istəyir. Eyni zamanda mahnı oxuyur, rəqs edir. Həkimlik sahəsindən başqa özünü bütün sahələrdə görür - iqtisadçı, menecer, hüquqşünas, diplomat, səfir və sair. Biz valideyn kimi seçim etməkdə tələsmirik, əsas odur, əlaçıdır, çalışqandır. Həmişə mənə deyir Kİ, Ana, elə yaşayacam ki, sən də, atam da mənimlə fəxr edəcəksiniz. Oğlum da belədir. Biz valideyn kimi onları dəstəkləyirik və dua edirik ki, yolları açıq olsun”.

- Azərbaycana sevgi, maraq Mananada haradan yaranıb?

Bu barədə özü belə danışıb: “Mən artıq 28 ildir ki, Azərbaycandayam. 28 il bundan əvvəl Azərbaycan haqqında çox şey bilmirdim.  Müğənnilərdən təkcə Zeynəb Xanlarovanı tanıyırdım. Evdə həmişə atam, babam onun mahnılarına qulaq asırdı. Mən də uşaq idim, Zeynəb xanımın mahnılarını zümzümə edirdim. Böyük arzum idi ki, müğənni olum.

İlk dəfə "Kinoklub" verilişindən tanındım.  Verilişin rəhbəri Etibar Babayev səsimin gözəl olduğunu bildirib məni verilişə dəvət etdi. O zaman 16-17 yaşım var idi. Həmin verilişdə iştirak edərkən mən qətiyyən sizin dildə danışa bilmirdim, heç nə başa düşmürdüm. Verilişin qonaqları alqış edəndə mən də alqışlayırdım, güləndə gülürdüm. Özümə müəllim tutmuşdum. Amma müəllimdən də əlavə çalışırdım ki, insanlarla çox ünsiyyətdə olum. Hətta xahiş edirdim ki, mənimlə rus yox, Azərbaycan dilində danışsınlar. Səhər-axşam qəzetlər, kitablar oxuyurdum. İndi daha qonaq yox, azərbaycanlıyam. Evimiz buradadır. Gürcüstana getsəm də yenə bura qayıdıram. Gürcüstana gedəndə də Azərbaycanı təmsil edirəm. Oradakı verilişlərdə qonaq olarkən hamını Azərbaycan dilində salamlayıb, bu dildə mahnı oxuyuram.”

Noyabrın 18-də Manananın anası Makvala xanım vəfat etdi. Əməkdar artist bu ağır itkidən sarsıldı. Anası barədə son paylaşımında “Mənim sevimli, əziz, misilsiz anam, qoruyucu mələyim, öz mehriban ürəyini və dualarını mənə buraxdı. Onun nurlu ruhu isə atam və qardaşımladır. Ana, sevginə, qayğına ,mənə verdiyin həyata, mənə etdiyin hər şeyə görə, sənə təşəkkür edirəm. Sən əbədi mənimlə və ürəyimdə, canımda, dualarımda qalacaqsan. Bu cür misilsiz anaya, qoruyucu mələyə görə, uca Allaha təşəkkür edirəm” yazaraq onu əbədiyyətə yola saldı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2024 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri