Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Manat üçün risk bitib MÜSAHİBƏ

Manat üçün risk bitib MÜSAHİBƏ

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bu ilin altı ayı ərzində Mərkəzi Bank 1.5 milyard ABŞ dolları həcmində alış yönümlü müdaxilə edib. Azərbaycan manatının möhkəmlənməsinin qarşısının alınması üçün müdaxilə etdik ki, məzənnə 1.7 dollar səviyyəsində qalsın. Əhalinin manata olan inamı son 4 ildə çox artıb. Bu sadəcə sözlər deyil, bunun arxasında rəqəmlər də var”. 

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA-ya müsahibəsində bildirib.

AMB sədri əlavə edib ki, son 18 ayda valyuta bazarında təklif tələbi üstələyib:

“Bu bir faktdır. İkinci fakt isə ondan ibarətdir ki, 2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb. Müqayisə üçün qeyd edim ki, 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard ABŞ dolları olub. Göründüyü kimi, kifayət qədər azalma var.

2021-ci ildə rezident fiziki şəxslərin əmanətlərinin 40%-i xarici valyutada idisə, bu gün bu göstərici cəmi 25%-dir. Yəni azala-azala dollarlaşma səviyyəsi düşür. Son 4 ildə manatla olan əmanətlərin həcmi iki dəfədən çox artıb. Rəqəmlə desək, 6.3 milyard artıb və 12.5 milyard manat səviyyəsində formalaşır. Bu da əhalinin manata inamının gücləndiyini və valyutaya tələbatın azaldığını göstərir”.

Azərbaycan manatının möhkəmlənməsinin qarşısının alınması üçün müdaxilə dolların məzənnəsini necə dəyişəcək?

“Cebheinfo.az”-ın suallarını iqtisadçı-ekspert Akif Nəsirli cavablandırıb:

– Mərkəzi Bank bu ilin ilk yarısında valyuta hərraclarında satış həcmini əhəmiyyətli dərəcədə azaldıb, eyni zamanda bazardan 2 milyard dollardan çox valyuta alıb. Sizcə, bunun nəticəsi necə olacaq?

-Əvvəlcə, qeyd edim ki, Mərkəzi Bankın qərarı valyuta bazarında təklifin tələbi üstələdiyini göstərir. Bunun əsas səbəblərindən biri ölkəyə xarici valyuta daxilolmalarının yüksək səviyyədə qalması, xüsusilə enerji ixracından əldə olunan gəlirlər və Dövlət Neft Fondu vasitəsilə bazarda kifayət qədər valyuta təklifinin formalaşmasıdır.

Belə şəraitdə Mərkəzi Bank bazarda yaranan artıq valyutanın bir hissəsini alaraq həm ehtiyatlarını artırır, həm də məzənnənin kəskin möhkəmlənməsinin qarşısını alır. Bu baxımdan, proses manatın sabitliyi və bazarda valyuta təklifinin yüksək olması ilə birbaşa bağlıdır.

– Mərkəzi Bankın valyuta ehtiyatlarının 13,7 milyard dollara yüksəlməsi iqtisadiyyat üçün hansı üstünlükləri yaradır?

– Valyuta ehtiyatlarının artması ölkənin maliyyə dayanıqlığını gücləndirən əsas amillərdən biridir. Güclü ehtiyatlar Mərkəzi Banka məzənnə sabitliyini qorumaq üçün əlavə imkan yaradır və xarici şoklar zamanı bazara müdaxilə potensialını artırır. Bu, iqtisadi sabitliyin qorunması baxımından mühüm göstəricidir.

– İlin ikinci yarısında manatın məzənnəsi ilə bağlı gözləntiləriniz nələrdir?

– Əgər ilin ikinci yarısında da xarici valyuta daxilolmaları yüksək səviyyədə qalarsa, manatın məzənnəsində ciddi dəyişiklik gözlənilməyə bilər. Sabit məzənnə idxal olunan məhsulların qiymətlərində kəskin artım riskini azaldır və inflyasiya gözləntilərinin nəzarətdə saxlanmasına kömək edir.

Bununla belə, qlobal enerji qiymətlərində, beynəlxalq maliyyə bazarlarında və geosiyasi proseslərdə baş verə biləcək dəyişikliklər ilin ikinci yarısında valyuta bazarına təsir göstərə biləcək əsas risk amilləri olaraq qalır.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Avqust 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri