Icma.az
close
up
RU
Qadın əməkdaşların seçimi üçün müsahibə başlanır

Qadın əməkdaşların seçimi üçün müsahibə başlanır

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə və təlimlər başlanır. Mərkəzdən SİA-ya bildirilib ki, müsahibələrə noyabrın 20-dək DİM-in saytında qeydiyyatdan keçmiş 690 namizəd dəvət olunacaq.

Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq müsahibələr DİM-in inzibati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmələrində təşkil olunacaq.

Müsahibənin vaxtı və yeri namizədin öz anketində qeyd etdiyi elektron poçt və ya mobil telefon nömrəsi vasitəsilə bildirilir.

Müsahibəyə gələrkən aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:

- Şəxsiyyət vəsiqəsi və surəti;

- Buraxılış rejimini aparan əməkdaşın anketi (dim.gov.az saytında (https://eservices.dim.gov.az/muhafize_qeyd/userlogin.aspx) elektron anket təsdiq etdikdən sonra çap edilərək namizəd tərəfindən imzalanır);

- İş yerindən arayış (iş yeri olduğu halda);

- Anketində qeyd etdiyi bank rekvizitləri (rekvizitlərin aid olduğu bankdan möhürlü kağız formasında alınmalıdır);

- Təhsil haqqında sənədin əsli və surəti;

- Məhkumluğun olmamasına dair arayış (“ASAN xidmət” mərkəzlərində ödənişsiz əldə edilir).

Təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumlarının elektron informasiya bazalarında yoxlanılacaq və hər hansı uyğunsuzluq aşkar edilərsə, namizədin müraciəti ləğv olunacaq.

Müsahibədən uğurla keçən şəxslər müvafiq təlimə cəlb olunacaq.

Müsahibə və təlimlər ödənişsizdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Noyabr 2024 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri