Icma.az
close
up
RU
Manatla bağlı hamının gözlədiyi açıqlama gəldi Yeni qərar

Manatla bağlı hamının gözlədiyi açıqlama gəldi Yeni qərar

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayıb, faiz dəhlizinin yuxarı həddini 7,5 faizdə sabit tutub. Aşağı hədd isə 0,5 faiz bəndi azaldılaraq 5 faizə endirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qərarında bildirilib.

Qeyd olunub ki, aşağı həddin endirilməsi bank sektorunda izafi likvidlik şəraitində banklararası pul bazarında ticarətin təşviqinə yönəlib. Dəhlizin genişlənməsi Mərkəzi Bankın pul bazarında iştirak səviyyəsini azaltmaqla bankların öz aralarında daha aktiv əməliyyatlar aparmasına şərait yarada bilər. Uçot dərəcəsinin və yuxarı həddin sabit saxlanılması isə inflyasiya gözləntilərinin stabilləşdirilməsinə xidmət edir. Dominos pizza

2026-cı ilin avqustunda 12 aylıq inflyasiya 5,7 faiz təşkil edib. Bu göstərici iyul ayı ilə müqayisədə 0,1 faiz bəndi aşağıdır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,2 faiz, ödənişli xidmətlər üzrə 5 faiz, qeyri-qida məhsulları üzrə isə 3,7 faiz olub.

Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin 8 ayında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu dövrdə mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 673 milyon ABŞ dolları üstələyib.

Bundan başqa, Mərkəzi Bankın valyuta ehtiyatları 8 ay ərzində 32,9 faiz artaraq 15,3 milyard ABŞ dollarına çatıb. Bu, qurumun valyuta ehtiyatları üzrə tarixi maksimum səviyyədir.

Xarici ticarətdə də müsbət saldo qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkənin xarici ticarətində 10,4 milyard ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Pul baratları üzrə saldo isə 751 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 74,1 faiz çoxdur.

Mərkəzi Bank bildirir ki, mövcud şəraitdə inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik baş verməyib. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin yüksəlməsi əsas risklərdən biri olaraq qalır.

Qərara əsasən, yeni faiz dəhlizi parametrləri 24 sentyabr 2026-cı ildən qüvvəyə minəcək.

Bundan əlavə, 2026-cı il üzrə pul siyasəti qərarlarının açıqlanması qrafikinə dəyişiklik edilib. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın açıqlanması və mətbuat konfransı noyabrın 4-dən oktyabrın 29-na keçirilib. Ekspertlərlə görüşün də həmin gün keçirilməsi nəzərdə tutulub.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Sentyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri