Icma.az
close
up
RU
Manatla bağlı mühüm proqnoz: Dollar ilə pul köçürmələri…

Manatla bağlı mühüm proqnoz: Dollar ilə pul köçürmələri…

Icma.az bildirir, Bakupost portalına istinadən.


Son dövrlərdə ABŞ-la Azərbaycan arasında pul köçürmələrinin dinamikasında diqqətçəkən dəyişiklik müşahidə olunur. Ümumi köçürmələrin həcmi azalsa da, ABŞ-ın bu köçürmələrdə payının artması maliyyə axınlarının strukturunda yeni tendensiyaların formalaşdığını göstərir. Bu dəyişikliklər xüsusilə manatın dövriyyəsi və xarici valyuta axınlarının istiqaməti baxımından müəyyən suallar doğurur.

Bəs ABŞ-la pul köçürmələrində pay artımı əslində hansı iqtisadi proseslərin göstəricisidir?

Bakupost.az Konkret.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı Razi Abbasbəyli burada iki əsas məqamın diqqət çəkdiyini bildirib.

“Fiziki şəxslər arasında Azərbaycandan ABŞ-a və əks istiqamətdə pul köçürmələrinin həcmi əvvəlki illərlə müqayisədə artmayıb. Eyni zamanda, nə Azərbaycandan ABŞ-a əmək miqrasiyasında, nə də ABŞ-dan Azərbaycana səfər edənlərin sayında ciddi artım qeydə alınmayıb”.

İqtisadçı qeyd edir ki, belə olan halda ümumi pul köçürmələrində artımın əsas səbəbi birbaşa investisiya qoyuluşları ilə bağlıdır.

“2025-ci ildə ABŞ-dan Azərbaycana yönələn birbaşa investisiyalarda əvvəlki illərlə müqayisədə təxminən 5–7 faiz artım müşahidə olunub.

Birbaşa investisiyalar formal olaraq pul köçürmələri kateqoriyasına daxil edilməsə də, bu investisiyalarla əlaqədar audit, monitorinq və digər xidmət haqlarının ödənilməsi pul köçürmələri kimi statistikada əks oluna bilərlər. İnvestisiya həcmi artdıqca, bu istiqamətdə əlavə maliyyə axınları da artır və bu da ümumi köçürmələrin strukturuna təsir göstərir”, – deyə o, vurğulayıb.

Razi Abbasbəylinin sözlərinə görə, Azərbaycandan ABŞ-a birbaşa manat köçürülməsi həyata keçirilmir.

“Xarici köçürmələr əsasən ABŞ dolları və avro ekvivalenti ilə aparılır. Manatla göndərilən vəsaitlər belə, beynəlxalq sistemdə dollar və ya avro qarşılığı ilə hesablanır.

Bu tendensiya manat və valyuta axınlarının dəyişməsi kimi qiymətləndirilməməlidir. Baş verən dəyişikliklər daha çox maliyyə əməliyyatlarının strukturunda yaranan fərqlərlə bağlıdır və bunu Azərbaycanla ABŞ arasında ticarət münasibətlərinin genişlənməsi kimi də şərh etmək düzgün olmaz”./Konkret.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Aprel 2026 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri