Mançester Siti nin kapitanı: Sonadək mübarizə apardıq
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Mançester Siti"nin kapitanı Bernardu Silva Premyer Liqanın 37-ci turunun "Bornmut"la matçından (1:1) sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, bu nəticədən sonra "şəhərlilər" çempionluq şanslarını itiriblər və titul "Arsenal"a qismət olub. Portuqaliyalı hücumameyilli yarımmüdafiəçi məyus olduqlarını deyib:
"Hamımız məyus olmuşuq. Bilirik ki, bu, mövsümün əsas tituludur. Bunun üçün hamıdan çox çalışmışdıq. Sonadək mübarizə apardıq. Uşaqlarla fəxr edirəm, lakin bu səviyyədə bu, kifayət deyil. Uduzmağa nifrət edirəm. Əgər "Mançester Siti" kimi klubda oynamaq istəyirsinizsə, siz də belə olmalısınız. Ümid edirəm ki, növbəti mövsüm hər kəs daha çoxuna nail olmaq istədiyini hiss edəcək".
Qeyd edək ki, 82 xal toplayan "Arsenal" mövsümün bitməsinə bir tur qalmış İngiltərə çempionu olub. 78 xal toplayan "Mançester Siti" isə 2-ci yeri tutub.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 20 May 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















