Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

“Mançester Siti”nin yeni özbəkistanlı ulduzu kimdi?

“Mançester Siti”nin yeni özbəkistanlı ulduzu kimdi?

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bugünlərdə Özbəkistanın paytaxtı Daşkənddə bayram ab-havası hökm sürür. Çünki ilk başlarda utopiya kimi səslənən transfer artıq baş tutmaq üzrədi. Özbəkistanlı Abdukodir Xusonov “Mançester Siti”yə yollanır!

Nüfuzlu insayder Fabritsio Romano bu transfer üçün artıq məşhur “here we go” paylaşımını edib. Onun proqnozları isə 99 faiz doğrulur. Romanonun iddiasına görə, İngiltərə çempionu bu transferə görə bonuslardan əlavə 40 milyon avro ödəyəcək! Halbuki cəmi ilyarım öncə Xusanov Belarus çempionatında çıxış edirdi...
Belarusda başlayan karyera
2004-cü il təvəllüdlü mərkəz müdafiəçisi “Bunyodkor“un yetirməsidi. O, futbolçu ailəsində böyüyüb. Belə ki, atası Hikmət Hoşimov vaxtilə Özbəkistan yığmasında 12 oyun keçirib. Xusonov 16 yaşında Belarusa yollanmaq qərarına gəldi və 18 yaşı tamam olana qədər, yəni faktiki iki il ərzində yalnız məşq etməklə gününü keçirdi. Bu müddət ərzində ona Özbəkistanın sabiq futbolçusu Uluqbek Asanbayev maddi yardım göstərirdi. 18 yaşı tamam olan kimi “Energetik-BQU” onu dərhal start heyətində oynatmağa başladı. Cəmi bir neçə ay sonra, daha dəqiq desək, 2022-nin avqustunda Beynəlxalq Futbol Araşdırmaları Mərkəzi (CİES) Xusanovu dünyanın ən perspektivli futbolçularının siyahısına daxil etdi! Ortaya sual çıxır ki, bu cür istedad nə üçün 16 yaşda Belarusa yollandı? “Energetik-BQU” hazırda Belarusun ikinci divizionunun autsayderlərindən olsa da, bir neçə il öncə bu klubda işlər tam başqa səviyyədə qurulmuşdu. Minsk şəhərinin təmsilçisi keçmiş MDB ölkələrindən transferlər həyata keçirirdi. Üstəlik komandada ciddi məşq və hazırlıq rejimi mövcud idi. Ona görə də Xusanov burdakı ağır məşqlərdən sonra artıq Avropa futboluna hazır idi.
2023-ün yayında Fransanın (həmin vaxt) vitse-çempionu olan “Lans” cəmi 100 min avro (!) ödəyərək onu heyətinə qatdı. Bu klub gənc istedadın üzərində heç bir təzyiq yaratmadan yavaş-yavaş onu elit səviyyəyə uyğunlaşdırmağa başladı. İlk mövsümü Xusanov faktiki uyğunlaşmaya sərf etdi. O, 11-i Liqa-1-də, 2-si ÇL-də və 2-si AL-də olmaqla 15 rəsmi oyuna çıxdı. Amma ötən yay Xusanov Özbəkistanın heyətində Olimpiadada iştirak edib “Lans”ın düşərgəsinə qayıdandan sonra bir andaca əsas futbolçuya çevrildi. Avqustun sonlarından başlayaraq Abdukodir cəmi 3 rəsmi oyunu buraxıb və hamısını da cəza üzündən. Digər matçları isə start heyətində və demək olar ki, əvəzlənmədən keçirib. Oktyabrda Liqa-1-in ayın ən yaxşı gənc oyunçusu seçiləndən və ardıcıl bir neçə turda rəmzi komandaya salınandan sonra Avropa klublarının ona marağı artmağa başladı. Dekabrın ortalarında Fransa mətbuatında artıq “Çelsi” və “Nyukasl” kimi klubların adları hallanırdı. Yanvarın əvvəllərində isə Xusanov uğrunda mübarizəyə “Mançester Siti”, “Real”, “Milan”, “Bayer-04”, “Tottenhem”, “Leyptsiq” də daxil olmaqla ümumilikdə 15 klub qoşuldu! Onun “Siti”yə bu qədər baha başa gəlməsinin birinci səbəbi məhz budu. Çünki futbolçuya maraq artdıqca onun dəyəri də artır. Üstəlik “Siti” dünyanın ən varlı klublarından sayıldığına görə hər kəs ondan pul qoparmağa çalışır. Artıq “Lans”la məşqlərə çıxmayan futbolçunun ən qısa müddətdə tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atacağı gözlənilir.
“Özbəkistanlı Ramos”
Bəs bu futbolçunun üstünlükləri nədi? İlk növbədə topu rəqibdən almaq, oyunu oxumaq və rəqibin hücumunun qarşısını kəsmək qabiliyyəti. Təsadüfi deyil ki, o, rəqibin oyununu dinamika, təzyiq və aqressivlik sayəsində pozmağı xoşlayan “Lans”ın baş məşqçisi Uilyam Stillin sevimlisidi. “Sürüşmə” fəndi, özünü topun qarşısına atmaq və rəqib hücumçularla “didişmək” Xusanovun əsas özəllikləridi. Bu üzdən ona “özbəkistanlı Ramos” ləqəbini veriblər. Onunla “Siti”nin müdafiəçilərinin göstəricilərini müqayisə etdikdə maraqlı mənzərə ortaya çıxır. Çünki o, müdafiəçi üçün bütün vacib göstəricilərdə Stounzdan da, Akancidən də, Diaşdan da öndədi! Bura topu rəqibdən almaq (orta hesabla hər oyuna Xusanovda 1,38, Stounzda 1,37), rəqib hücumunun qarşısını kəsmək (orta hesabla hər oyuna Xusanovda 2,4, Diaşda 0,99) və təbii ki, hava topları (Xusanovda 2,58, Stounzda 1,64) daxildi. Hətta “Mançester Siti” ilə “Lans”ın tam fərqli tərzdə oynadığını nəzərə alanda belə bu göstəricilər diqqəti çəkməyə bilməz. Amma qəhrəmanımızın çatışmayan cəhətləri də var. Bunların başında yaradıcılıq qabiliyyətinin az olması gəlir. O, yaradıcı yox, ilk növbədə dağıdıcı futbolçudu. Ona görə də topu qəbul edəndən sonra irəli oynamaqdansa, arxaya və ya yana oynamağa üstünlük verir. Bu da anlaşılandı. Çünki Xasonov heç vaxt topu özündə saxlamağı xoşlayan və yaradıcı futbola üstünlük verən klublarda oynamayıb. “Lans” “Məmmədağa, vur qabağa” prinsipi ilə oynadığından özbəkistanlı futbolçuya ilk vaxtlar “Siti”nin oyun tərzinə alışmaq çətin olacaq. Digər məqam onun boyunun 186 sm olmasıdı. Çoxlarının fikrincə, bu, müdafiəçi üçün yaxşı göstərici deyil. Düzdü, yuxarıda Abdukodirin hava toplarında “Siti”li müdafiəçiləri üstələdiyini qeyd etdik. Amma ümumilikdə o, bu mövsüm “ikinci mərtəbə” uğrunda mübarizələrin yalnız 64,8 faizində qalib gəlib. Bu, hətta Fransa çempionatı üçün də ortabab göstəricidi.
Bəs “Siti” 40 milyon avronu nə üçün ödəyir? Birincisi, Kayl Uoker klubdan ayrılmaq istəyir. Təcrübəli futbolçu heç cür 3 mərkəz müdafiəçili sistemə alışa bilmədi. Qvardiolanın fikrincə, Xusanov məhz 3 mərkəz müdafiəçili sistemə əla uyğun gəlir. O, həm “Lans”da, həm də Özbəkistan yığmasında bu sistemlə oynayıb. İkincisi, Xusanovun hər nə qədər yaradıcılıq qabiliyyəti az olsa da, o, pressinq zamanı özünü itirmir və topu hara gəldi vurmir. Düşünmək olar ki, Qvardiolanın əlinin altına düşəndən sonra bu istedadlı futbolçunun irəli ötürmə vermək, yaradıcılıq qabiliyyəti də artacaq. Və ən əsas Xusanov çox sürətli futbolçudu. Bu mövsüm Fransa çempionatında sürət rekordu (37 km/saat) ona məxsusdu! “Reyms“lə qarşılaşmada onun gerilərdən gələrək Cunya İtonu yaxaladığı epizodun videosu sosial şəbəkələrdə ildırım sürəti ilə yayılmışdı. Lans”ın baş məşqçisi hətta zarafatca onun Olimpiadada Özbəkistanı qaçış yarışlarında da rahatlıqla təmsil edə biləcəyini vurğulamışdı. Xusanov karyerasına dayaq yarımmüdafiəçisi kimi başladığından elə bu mövqedə də rahatlıqla oynaya bilir. Qısası, “Mançester Siti”nin yeni transferini böyük diqqətlə izləməyə dəyər.
Yeri gəlmişkən...
Xusanov premyer-liqada forma geyən ilk özbəkistanlı futbolçu olacaq. Bundan başqa, Özbəkistan premyer-liqada futbolçu ilə təmsil olunan 119-cu fərqli ölkə olacaq.
ƏLİ RAUFOĞLU hazırladı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:328
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Yanvar 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri