“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 9 sentyabr, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin l turunda “Sabah”la qarşılaşma öncəsi son məşqini keçirib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, hazırlıq prosesi Karrinqtonda yerləşən təlim-məşq bazasında baş tutub.
İngiltərə Premyer Liqasının son turunda “Everton”la oyunda narahatlıq hiss etdiyi üçün ikinci hissədə əvəzlənən hücumçu Markus Reşford, həmçinin gənc futbolçular Harri Amass, Şi Leysi və Cim Tveyts də məşqdə iştirak ediblər.
Matteys de Lixt və Lyuk Şouya isə istirahət verildiyi üçün onlar hazırlıq prosesinə qoşulmayıblar. De Lixt may ayında keçirdiyi bel əməliyyatından sonra yaşıl meydanlara qayıtmağa hazırlaşır.
Amad Diallo, Karlos Baleba və Manuel Uqarte isə zədə səbəbindən məşqdə yer almayıblar.
Qeyd edək ki, sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 09 Sentyabr 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















