Mançester Yunayted yayda Carrod Bouen və Mateuş Fernandeşi transfer etməyi planlaşdırır
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərənin "Mançester Yunayted" klubu yayda Premyer Liqanın digər təmsilçisi "Vest Hem"in vingeri Carrod Bouen və yarımmüdafiəçisi Mateuş Fernandeşi heyətinə qatmağı planlaşdırır.
"Cebheinfo.az" "Football Insider"ə istinadən xəbər verir ki, London təmsilçisi İngiltərə Premyer Liqasını tərk edəcəyi təqdirdə, "qırmızı şeytanlar" bu oyunçuların keçidini rəsmiləşdirə bilərlər.
Bouen əsas transfer hədəfi olmasa da, Mançester klubu Fernandeşi heyətinə qatmaqda daha istəklidir. London klubu portuqaliyalı futbolçu üçün təxminən 50 milyon funt-sterlinq (58 milyon avro) tələb edə bilər.
Qeyd edək ki, C.Bouen 2020-ci ildən, M.Fernandeş isə 2025-ci ildən "Vest Hem"in formasını geyinir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 24 May 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















