Yeni təyin edilən nazirin DOSYESİ
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
Modern.az yeni təyin edilən nazirin dosyesini təqdim edir.
O, 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb.
2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Rafail Quliyev əvvəllər Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb. Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin edilib.
Ailəlidir, 4 övladı var.
Baxış sayı:52
Bu xəbər 21 May 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















