Maneələrə baxmayaraq, ABŞ Qrenlandiyaya sahib olmağı bacaracaq SİYASİ ŞƏRHÇİ
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son illər dünya siyasətində diqqət mərkəzinə çevrilən bölgələrdən biri də Qrenlandiyadır. Uzun müddət beynəlxalq gündəmdən kənarda qalan bu ada bu gün artıq böyük güclərin maraq dairəsinə daxil olub. Qrenlandiya ətrafında yaranan müzakirələr təkcə bir adanın taleyi ilə bağlı deyil, əslində XXI əsrdə qlobal güc balansının hansı istiqamətdə dəyişəcəyinin göstəricisidir.
Avtosfer.az xəbər verir ki, ABŞ-nin Qrenlandiyaya artan marağı, Çin və Rusiyanın Arktika bölgəsində fəallaşması, Avropanın isə bu proseslər fonunda getdikcə daha mürəkkəb mövqeyə düşməsi yeni geosiyasi reallıqlar yaradır. Buzlarla örtülü bir ərazi kimi tanınan Qrenlandiya bu gün artıq təbii sərvətləri, strateji mövqeyi və hərbi əhəmiyyəti ilə qlobal rəqabətin mərkəzinə çevrilib.
Məhz bu səbəbdən Qrenlandiya məsələsi sadəcə regional problem deyil, ABŞ, Çin, Rusiya və Avropa arasında gedən böyük güc mübarizəsinin açıq nümunəsidir.
Siyasi şərhçi Kənan Novruzov Qrelandiyanın niyə bu qədər maraq dairəsində olmasını Avtosfer.az-a açıqlamasında aydınlaşdırıb. O bu maraqların 3 səbəbdən qaynaqlandığını bildirib:
“Ümumilikdə konkret cavab verməli olsaq, Qrenlandiyanın XXI əsrin ən strateji bölgələrindən biri sayılmasının bir neçə əsas səbəbi var. Bunlardan birincisi, adanın zəngin yeraltı və yerüstü təbii sərvətləridir. İkinci səbəb isə, Çin və Rusiyanın Qrenlandiya üzərində artan təsirinin ABŞ-ni ciddi şəkildə narahat etməsidir. ABŞ bu iki faktoru nəzərə alaraq ada üzərində iddia irəli sürməyə başladı. Bu sərvətlərlə birbaşa bağlı olan ABŞ ilə Rusiya-Çin tandemi arasında təsir dairəsi uğrunda gedən mübarizədir. Üçüncü səbəb ondan ibarətdir ki, ABŞ-də Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ ilə Avropa arasında ciddi gərginlik yarandı və bu gərginlik bu gün də davam edir. Xüsusilə Şərqi Avropa məsələsi ətrafında fikir ayrılıqları formalaşdı və bu proses getdikcə dərinləşdi. Qrenlandiya hazırda Danimarkanın tərkibindədir və ABŞ ilə Avropa arasında mövcud olan bu gərginlik sanki ABŞ üçün əlavə bir şərait yaratdı ki, yeni bir gərginlik addımı atmaqdan çəkinməsin”.
Kənan Novruzovun sözlərinə görə, Qrenlandiya böhranı Avropa daxilindəki çatları daha da dərinləşdirəcək:
“ABŞ Qrenlandiyaya sahib olmağı bacaracaq. Bununla belə, mövcud beynəlxalq hüquqa görə Qrenlandiyanın birbaşa ələ keçirilməsi mümkün deyil, çünki ada Danimarkaya məxsusdur və Qrenlandiyanın özünün də suveren hüquqları mövcuddur. Amma ABŞ lazım gələrsə, siyasi, iqtisadi və hətta güc amili vasitəsilə ada üzərində təsirini genişləndirməyə çalışacaq”.
Nurcan Babək
Oxunub 124
Baxış sayı:25
Bu xəbər 28 Yanvar 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















