“Manqo”nun sahibi İspaniyada dərədən yıxılıb öldü
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu və İspaniyanın ən varlı adamlarından biri İsak Andik Kataloniya muxtariyyətində dağlıq ərazidə baş verən qəzada dünyasını dəyişib.
APA xəbər verir ki, bu barədə “El PaÍs” qəzeti məlumat yayıb.
Məlumata görə 71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb.
“La Vanguardia” qəzetinin məlumatına görə Andik ailə üzvləri ilə birgə ekskursiyada olub və o 150 m hündürlükdən yıxılıb. Şirkət mətbuata açıqlamasında ölümü təsdiqləyib.
Qeyd edək ki, “Mango” mağazalar şəbəkəsi 1984-cü ildə Kataloniya Muxtar Bölgəsində türk əsilli iş adamı İsak Andik tərəfindən qurulub.
Forbes jurnalına görə o, İspaniyanın beşinci ən zəngin adamı idi. Manqonun dünyada təxminən 2,7 min satış nöqtəsi var. Şirkət 2023-cü maliyyə ilini 3,1 milyard avronu keçən rekord satışla bağlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 14 Dekabr 2024 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















