Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Mansur Yavaş CHP dəki prosesdə həlledici faktor ola bilər Buğra Sucu

Mansur Yavaş CHP dəki prosesdə həlledici faktor ola bilər Buğra Sucu

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Özgür Özəl komandası yeni partiya variantını gündəmə gətirə bilər

Türkiyə siyasətində son dövrlərin ən çox müzakirə olunan məsələlərindən biri Cümhuriyyət Xalq Partiyasında baş verən rəhbərlik böhranıdır.

Məhkəmənin son qurultayla bağlı verdiyi “mütləq etibarsızlıq” qərarı təkcə CHP daxilində deyil, bütövlükdə Türkiyə siyasi sistemində yeni müzakirələrə səbəb olub. Bu qərarla Kamal Kılıçdaroğlunun yenidən partiya rəhbərliyinə qayıtması, eləcə də Özgür Özəl və komandasının gələcək siyasi xətti ilə bağlı xəbərlər maraq doğuran əsas mövzulardan birinə çevrilib. 

Ankara Universitetinin müəllimi, Dr. Buğra Sucu Sherg.az-ın CHP-də yaşanan proseslərin partiyanın daxili balansına, müxalifətin gələcəyinə və Türkiyənin siyasi atmosferinə mümkün təsirlərləri ilə bağlı suallarını cavablayıb:

- Özgür Özəlin vəzifədən uzaqlaşdırılması və Kemal Kılıçdaroğlunun Türkiyədə partiya rəhbərliyinə dönüşü ilə başlayan yeni siyasi mərhələni necə qiymətləndirirsiniz?

-Kamal Kılıçdaroğlu 2010-dan 2023-cü ilə qədər Cümhuriyyət Xalq Partiyasına ümumi sədrliyi etmiş və son seçkilərdə də Prezident Ərdoğanın rəqibi olmuş bir isimdir. Son qurultayda məhkəmənin təsbitlərinə görə saxtakarlıq edildiyi üçün bu qurultay ləğv edildi və yenidən əvvəlki vəziyyətə qayıdıldı. Onsuz da ləğv müraciətini edənlər də birbaşa CHP-lilərin özləri idi. Bu isə Özgür Özel və rəhbərliyini birbaşa şübhə altında qoyan vəziyyətdir. Ancaq CHP eyni CHP-dir, deputatlar eyni deputatlardır. Hətta həmin deputatlar şəxsən Kamal bəyin siyahıya saldığı şəxslərdir. Sadəcə rəhbərlik əvvəlki vəziyyətinə qayıtdı.

-Məhkəmənin mütləq etibarsızlıq qərarı barədə fikirləriniz necədir?

-“Mütləq etibarsızlıq” qərarı Türkiyədə baş verənləri oxuya bilən hər kəsin gözlədiyi bir qərar idi. Hər şeydən əvvəl bu qərarın məhkəmə qərarı olduğu, apellyasiya yolunun açıq olduğu və hüquqi prosesin davam edəcəyi unudulmamalıdır. Bu məsələnin hüquqi tərəfidir.

Siyasi tərəfdən isə belə bir vəziyyət var. Xüsusilə son dövrdə müxalifət məhkəmənin siyasiləşdiyi inancı ilə hərəkət edir. Yəni müxalif bir siyasətçi ilə bağlı hüquqi və inzibati prosesləri müxalifət siyasi proses kimi qəbul edir. Təbii ki, heç bir iqtidar belə bir təsəvvür yaratmamalıdır. Amma müxalifət də bunu özü üçün bir zireh kimi istifadə etməməlidir. Hər şeyi edib sonra istintaq başladıqda “bu istintaq siyasidir” demək bir müddətdən sonra cəmiyyət qarşısında inandırıcılığını itirir.

-“Mütləq etibarsızlıq” qərarının CHP üzərində təsirləri nə olacaq? Kılıçdaroğlu ilə Özel anlaşaraq ortaq bir həll yolu tapa bilərmi, yoxsa partiya bölünəcək?

-CHP Türkiyənin qurucu və ən köklü siyasi partiyasıdır. Bir lider partiyası deyil. CHP-nin ümumi sədri kim olursa olsun, o daha çox liderdən çox idarəçi xüsusiyyətinə malik olur. Bu baxımdan CHP-də sadəcə rəhbər və idarəetmə dəyişmiş olacaq. Dəyişmiş dedikdə isə əvvəlki rəhbərliyin geri qayıtmasını nəzərdə tuturuq.

Kamal Kılıçdaroğlu CHP-yə 13 ildən çox ümumi sədrlik etmiş və heç bir qalmaqal olmadan rəhbərliyi təhvil vermiş siyasətçidir. Mövcud CHP deputatları Kılıçdaroğlunun ümumi sədrliyi dövründə onun qərarı ilə deputat siyahısına daxil edilmiş şəxslərdir. Hazırkı CHP bələdiyyə sədrlərinin, təşkilatların əksəriyyəti də onun dövründə partiyada olan şəxslərdir. Partiyanın daxili dinamikləri dərindən təsirlənməyəcək.

Digər tərəfdən CHP böyük maliyyə imkanlarına malik, köklü institusional quruluşu olan və Türkiyə Respublikası vətəndaşlarının yaşadığı hər yerdə təşkilatlanmış siyasi partiyadır. Özgür Özəl və komandası təbii olaraq rəhbərliyi buraxmaq istəməyəcək və onu yenidən geri almağın yollarını axtaracaq. Ancaq son çıxış yolu kimi lazım gələrsə yeni partiya variantını da qiymətləndirəcəklər.

İndi əsas suallar arasında bunlar da var: "Özgür Özəl CHP ümumi sədrliyi apoleti olmadan kütlələri arxasınca apara bilərmi?", "Özgür Özel və komandası yeni partiya qurarsa, partiyanın əsas motivasiyası nə olacaq?", "Rəqib Kılıçdaroğlunun CHP-si olacaq, yoxsa AKP?".

Bu nöqtə Türkiyə siyasəti baxımından da önəmli olacaq. Siyasətdə 15+15 hər zaman 30 etmədiyi kimi, 30-u 2-yə böləndə də iki ayrı 15 alınmır. Bəzən daha çox, bəzən daha az edir. Gözlənilməz nəticələr yarana bilər. Mən Mansur Yavaşın qərarlarının bu tənliyin əsas müəyyənedicisi olacağını düşünürəm.

-“Mütləq etibarsızlıq” qərarı Türkiyəyə necə təsir edəcək? 

-Türkiyədə bazarlar bu tip siyasi hadisələrə qarşı artıq müəyyən immunitet qazanıb. Bu baxımdan kiçik bir şok belə gözləmirəm. Xarici və yerli investorlar investisiyaları maraqlandıran tənzimləmələrin sabitliyinə baxırlar. Türkiyədə siyasi volatillik real və maliyyə sektoruna yansımır. Əslində bu çox dəyərli bir vəziyyətdir. Elə buna görə də Türkiyə dünyanın önəmli investisiya ölkələrindən biri mövqeyindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 May 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see599

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see504

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see454

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see327

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see313

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see306

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see299

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see285

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see269

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see261

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see248

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see236

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see232

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see209

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see206

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see206

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see203

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see190

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see190

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri