MAQATE müfəttişləri İrana qayıdıb, lakin tam təftiş rejimi bərpa edilməyib” Qrossi
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri İranın bir sıra nüvə obyektlərində yoxlamaları bərpa ediblər, lakin təftiş rejiminin tam işlək olması üçün Tehranla əlavə əməkdaşlıq tələb olunur”.
525.az xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib.
“MAQATE müfəttişləri İrana qayıdıb, iyun hərbi hücumlarından zərər görməyən bir çox obyektdə yoxlamalar aparıb və layihə məlumatlarına baxış keçiriblər. Lakin tam yoxlama rejiminin bərpası üçün təsirlənmiş obyektlərə giriş də daxil olmaqla İrandan fəal əməkdaşlıq tələb olunur", - Qrossi deyib.
O, Tehranla müntəzəm əlaqə saxladığını söyləyib. MAQATE rəhbəri İranı agentliyin zədələnmiş ərazilərə, xüsusilə statusu təcili dəqiqləşdirmə tələb edən az zənginləşdirilmiş və yüksək zənginləşdirilmiş uran ehtiyatlarına çıxışını təmin etməyə çağırıb.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 19 Noyabr 2025 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















