Icma.az
close
up
RU
Maqsudovun törətdiyi yol qəzası ilə bağlı məhkəmə ölən alimin həyat yoldaşı ifadə verdi

Maqsudovun törətdiyi yol qəzası ilə bağlı məhkəmə ölən alimin həyat yoldaşı ifadə verdi

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

Milli.Az xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində növbəti iclas keçirilib.

İclasda bildirilib ki, cinayət işi hakim Anar Rzayevin icraatında idi. Anar Rzayev Bakı Hərbi Məhkəməsinin hakimi təyin olunduğu üçün iş hakim Teymur Həsənovun icraatına verilib. Məhkəmə istintaqının olduğu yerdən davam etdirilməsinə etiraz olmayıb. Proses olduğu yerdən davam etdirilib.

Hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxsin hüquqi varisi Sevda Acaloğlu (Arif Acaloğlunun həyat yoldaşı- red.) ifadə verib.

O bildirib ki, məhkəmənin ədalətli qərar çıxaracağını gözləyir: "Mən hadisə baş verən anı göstərən 9 müxtəlif videoya dəfələrlə, ürək ağrısı ilə baxmışam. Yoldaşım yolu keçəndə l və ll zolaqda hərəkət edən sürücülər idarə etdiyi avtomobilləri tam şəkildə saxlayır, lll zolaqda hərəkət edən sürücü sürətini azaldır. Lakin həmin avtomobilin arxasında hərəkət edən avtomobil manevr edərək lV zolağa keçir və yoldaşımı vurur. Yolu xəstə, qoca, əqli qüsurlu şəxs keçə bilər. Bunu düşünmək lazımdır. Bu hadisə bizə ailəlikcə psixoloji zərbə vurub. Biz maddi cəhətdən psixoloji yardım ala bilmədik. Oğlum xaricdə təhsil alır. O, təhsil ala-ala işləməyə məcburdur. Qızım imkansızlıqdan magistr təhsilini yarıda qoydu. Bu, bizə zərbədir. Mən sona qədər mübarizə aparacam. Ədalət gözləyirəm. Maddi və mənəvi tələb irəli sürürəm".

Təqsirləndirilən şəxsin vəkili ekspertizanın yenidən aparılması ilə bağlı vəsatət qaldırıb. Məhkəmənin qərarına əsasən, vəsatət açıq saxlanılıb.

Proses dekabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, zərərçəkən tərəf 200 min manat təzminat tələbi irəli sürüb.

Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Azər Maqsudov ötən il noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi "Mercedes" markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş./APA 

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Dekabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

01 İyun 2025 13:55see194

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see155

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see144

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see132

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see130

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see129

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see129

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see129

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see127

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see127

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see126

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see125

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see123

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see123

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see122

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see121

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see120

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see119

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see118

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri