Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Dieqo Maradonanın 1986-cı il dünya çempionatında qol vurduğu top hərracda 3,3 milyon dollara satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Dərc olunmuş məlumata əsasən, ilkin olaraq topu 10 milyon dollara satmaq planlaşdırılırdı.
Argentinalı futbolçu dörddəbir final matçında bu top ilə İngiltərə yığmasının qapısına iki qol vurmuşdu. Qollardan birini o, əli ilə vurmuşdu – qapıya edilən bu zərbə “Tanrının əli” adını qazanmışdı. Top bütün bu müddət ərzində həmin oyunu idarə edən baş hakimdə saxlanılmışdı.
Argentina nəticədə 1986-cı il dünya birinciliyinin qızıl medalını qazanmışdı.
Maradona “Arxentinos Xuniors”, “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Sevilya” və “Nyuells Old Boyz” klublarında, həmçinin Argentina millisində çıxış edib. O, 1986-cı ilin dünya çempionu, 1990-cı ilin dünya vitse-çempionu, 1979-cu il gənclər arasında dünya çempionu, 1986-cı il dünya çempionatının ən yaxşı oyunçusu, 1979 və 1980-ci illərdə Cənubi Amerikada ilin futbolçusu olub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 24 Avqust 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















