Icma.az
close
up
RU
“Marafon”un kapitanı: “Əsas məqsədimiz çempion olmaqdır

“Marafon”un kapitanı: “Əsas məqsədimiz çempion olmaqdır

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Dinamo" ilə oyunda çox vacib və inamlı qələbə qazandıq. Belə oyunlarda təkcə qələbə qazanmaq yox, komandanın xarakterini ortaya qoymaq da çox önəmlidir". 

Bu sözləri Sport24.az-a açıqlamasında İkinci Liqada mübarizə aparan "Marafon"nun kapitanı Nodar Məmmədov deyib.

Təcrübəli futbolçu komandasının bu mövsüm üçün əsas hədəfinin çempionluq olduğunu bildirib:

"Biz bunu bacardığımız üçün həm nəticədən, həm də göstərdiyimiz mübarizədən razıyıq. "Marafon" komandası olaraq bu mövsüm qarşımıza qoyduğumuz əsas hədəf çempionluqdur. Artıq 3-cü ildir ki, bu liqada mübarizə aparıram və əvvəlki iki mövsümdə də çempionluq uğrunda sona qədər mübarizə aparmışıq. Amma bu mövsüm çempionatın səviyyəsi və rəqabət əvvəlki illərdən ciddi şəkildə fərqlənir. Əvvəlki mövsümlərdə adətən 2-3 komanda çempionluğun əsas namizədi kimi mübarizə aparırdı. Bu il isə vəziyyət tamam başqadır. Hazırda 6 komanda çempionluq uğrunda mübarizə aparır. Demək olar ki, hər turda turnir cədvəlində vəziyyət dəyişə bilər. Bir oyunda qazanılan və ya itirilən xallar mövsümün sonunda çox böyük əhəmiyyət daşıya bilər. Məhz buna görə fikrimcə, son illərin ən gərgin və rəqabətli çempionatına şahidlik edirik. Burada heç bir oyuna rahat yanaşmaq mümkün deyil. Çempion olmaq istəyiriksə, yalnız güclü rəqiblərlə oyunlarda deyil, bütün matçlarda stabil çıxış etməliyik. Biz öz gücümüzə inanırıq".

Qeyd edək ki, "Marafon" İkinci Liqada 5 turdan sonra 13 xalla 2-cidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://sport24.az
archiveBu xəbər 01 Oktyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri