Icma.az
close
up
RU
“Marafon”un kapitanı uğursuz çıxışın səbəbini açıqladı

“Marafon”un kapitanı uğursuz çıxışın səbəbini açıqladı

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“World Winners Cup Alanya 2026” turnirində mübarizə aparan “Marafon” İK-nın heyətində legionerlərin yer almaması komandanın nəticəsinə təsir göstərib”.

Bu fikirləri Azərbaycanın çimərlik futbolu üzrə “Marafon” İK komandasının kapitanı Sabir Allahquliyev səsləndirib.

O, rəqiblərdən oyun baxımından geri qalmadıqlarını bildirib.

“Heç bir komandadan geri qalmadıq, hamısı ilə başabaş oynadıq. Rəqiblərin heyətində Bolqarıstan, Çin və Ukrayna millilərinin üzvləri çıxış edirdilər. Bizim onlardan geri qalmağımızın əsas səbəbi heyətimizdə legionerlərin olmaması idi. Rəqiblərimizdə 3-5 əcnəbi futbolçu oynayırdı. Məsələn, Çin təmsilçisi yerli futbolçularla yanaşı, heyətinə 5 braziliyalı futbolçu qatmışdı. Biz isə turnirə yalnız yerli və gənc idmançılarla, eləcə də millimizin üzvləri ilə yollanmışdıq”, - deyə o report.az-a açıqlamasında bildirib.

Kapitan qrup oyunları zamanı bəzi amillərin nəticəyə mənfi təsir etdiyini diqqətə çatdırıb:

“Bolqarıstan təmsilçisi ilə matçda hesabda öndə idik, qalib gələ bilərdik. Lakin iki oyunu yağışlı hava şəraitində keçirməyimiz öz təsirini göstərdı, çünki əvvəllər belə havada oynamamışdıq. Fiziki baxımdan pis təsir bağışlamadıq. Məğlub olduğumuz Ukrayna klubu final matçına çıxacaq. Onlarla görüşdə sadəcə təcrübə çatmadı. Belə turnirlərdə tez-tez iştirak etmək bizim üçün faydalıdır. Bu, həm gənclərin inkişafına, həm də oyun təcrübəsi toplamağa kömək edər. Çünki güclü legionerlərə qarşı oynamaq asan deyil”.

S.Allahquliyev əsas hədəfin qrupdan çıxmaq olduğunu söyləyib:

“Turnirə gələrkən əsas niyyətimiz qrupdan çıxmaq və ilk “20-lik”də yer almaq idi. Lakin bunu bacarmadıq. İlk dəfədir belə yarışda iştirak edirik. Turnirdə çimərlik futbolunun dünya ulduzları mübarizə aparırdı. İlk təcrübə olduğunu nəzərə alsaq, tutduğumuz mövqeyi normal qiymətləndirirəm”.

Qeyd edək ki, “Marafon” İK turnirdə keçirdiyi 4 oyunun hamısında məğlub olaraq 32 komanda arasında 25-ci pilləni tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Oktyabr 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri