Icma.az
close
up
RU
​“Maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil”

​“Maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Bu gün müzakirə etdiyimiz qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin azaldılması, vəzifəli şəxslərin məsuliyyətinin artırılması və cəmiyyətin dövlət institutlarına etimadının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

“Maraqlar toqquşması dövlət vəzifəsini həyata keçirən şəxsin şəxsi maraqları ilə üzərinə götürdüyü xidməti vəzifələr arasında ziddiyyət yarandıqda və ya belə bir ziddiyyətin yaranması ehtimalı olduqda meydana çıxır. Bu, ilk növbədə, şəxsi maraqların ictimai mənafeyə üstün gəlməsinin qarşısını almaq məsələsidir.

Təsəvvür edək ki, hər hansı vəzifəli şəxs dövlət satınalması, işə qəbul, vəzifəyə təyinat və ya maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı qərar qəbul edir. Əgər həmin qərarda onun özünün, yaxın qohumlarının və ya əlaqəli olduğu şəxslərin marağı varsa, obyektivlik və qərəzsizlik məsələsi ortaya çıxır. Belə hallarda əsas tələb şəxsin şəxsi maraqlarını gizlətməməsi, müvafiq qaydada açıqlaması və qərarların qanunvericiliyə uyğun, qərəzsiz qəbul edilməsinin təmin olunmasıdır.

Burada vacib bir məqamı vurğulamaq lazımdır. Maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil. Maraqların toqquşması özlüyündə hər zaman cinayət demək deyil. Lakin onun düzgün idarə olunmaması korrupsiya üçün əlverişli şərait yarada bilər. Məhz buna görə də belə halların vaxtında müəyyən edilməsi və qarşısının alınması dövlət idarəçiliyinin mühüm elementlərindən biri olmalıdır. Qanun layihəsinin əhəmiyyətini nəzərə alaraq, onun bir neçə əsas istiqamətinə xüsusi diqqət yetirilməsini vacibdir. 

Birinci məsələ — maraqların toqquşmasının əhatə dairəsi və anlayışların dəqiq müəyyən edilməsidir. Qanunda maraqların toqquşmasının hansı hallarda yarandığı, hansı şəxslərə şamil edildiyi və şəxsi maraqların hansı meyarlar əsasında qiymətləndiriləcəyi aydın göstərilməlidir. Normativ müddəalar elə ifadə olunmalıdır ki, onların tətbiqində qeyri-müəyyənlik yaranmasın, eyni zamanda qanunun əhatə dairəsindən yayınmaq üçün hüquqi boşluqlar qalmasın. Xüsusilə vəzifəli şəxslərin şəxsi, ailəvi, maliyyə və digər maraqlarının xidməti qərarlara təsir göstərə biləcəyi hallar nəzərə alınmalıdır.

İkinci məsələ — maraqların vaxtında bəyan edilməsi mexanizmidir. Və qanunun effektivliyini müəyyən edən əsas amillərdən biri məhz budur. Vəzifəli şəxsin maraqların toqquşması ehtimalını müəyyən etdikdə hansı quruma, hansı müddətdə və hansı qaydada məlumat verməli olduğu qanunda aydın əksini tapmalıdır. Bununla yanaşı, məlumatların qeydiyyatı, yoxlanılması, məxfiliyi və onlarla bağlı qərarların qəbul edilməsi üçün konkret prosedurlar müəyyən olunmalıdır.

Üçüncü məsələ — maraqların toqquşmasının həlli yollarıdır. Maraqların toqquşması müəyyən edildikdə hansı tədbirlərin görüləcəyi dəqiq bilinməlidir. Əsas məqsəd hər hansı şəxsi əsassız şəkildə vəzifəsindən kənarlaşdırmaq deyil, qərarların obyektivliyini və ictimai mənafeyin qorunmasını təmin etməkdir.

Dördüncü məsələ — korrupsiya risklərinin azaldılması və nəzarət mexanizmləridir. Maraqların toqquşmasının qarşısının alınması korrupsiyaya qarşı mübarizə sisteminin mühüm tərkib hissəsidir.

Beşinci məsələ — məsuliyyət və hüquqların qorunması arasında düzgün tarazlığın yaradılmasıdır.

Qanunun tələblərinin pozulmasına görə məsuliyyət mexanizmləri aydın və proporsional olmalıdır. Eyni zamanda, hər bir halın konkret şəraiti nəzərə alınmalı, qəsdən gizlətmə ilə bilmədən yaranmış və vaxtında açıqlanmış vəziyyətlər fərqləndirilməlidir. Heç bir şəxs yalnız şübhə və ya təsdiqlənməmiş məlumat əsasında təqsirli hesab edilməməlidir. Araşdırmalar obyektiv aparılmalı, şəxslərin hüquqları qorunmalı və qərarlar qanuni əsaslara söykənməlidir. Bu yanaşma həm qanunun aliliyinə, həm də onun tətbiqinə ictimai etimadın möhkəmlənməsinə xidmət edəcəkdir”, - komitə sədri qeyd edib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Noyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see305

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see283

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see271

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see271

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see257

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see253

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see251

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see251

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see233

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see232

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see231

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see230

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see227

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see220

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see217

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see212

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see198

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri